“Qadın peyğəmbər” təqdim olunacaq

“Qadın peyğəmbər” təqdim olunacaq
21 yanvar 2016
# 14:21

24 yanvar 2016-cı il, saat 15-dən 17-dək "Kitabevim.az" Kitab Marketində Aysel Əlizadənin "Qadın peyğəmbər " romanının təqdimatı və imza günü keçiriləcək.

Müəllifin Kulisə bildirdiyinə görə, "Qadın Peyğəmbər" femin əsər sayılmasa da, ideya ikinci cinsin (iki cinsdən biri kimi) ictimai-siyasi gücünün, dünyəvi və dini dünya görüşünün, mənəvi və ruhani aləminin önə çəkilməsidir. Müəllif Tanrıyla insan, insanla insan, kişi ilə qadın münasibətlərinə tamamilə yeni rakursdan baxır. Ədəbi janrların sintezində yazılan roman mifdən elməcən maraqlı məqamları çağdaş insanın düşüncələrində, yaşamında əks etdirir.

"Qadın Peyğəmbər" bütün insanların fonunda peyğəmbərlik dərəcəsinə yüksələ bilmiş - kamil insanın manifestidir.

Roman "Hər insanın zirvəyə yolu var" mesajı verir.

Tədbirə giriş sərbəstdir.

Ünvan: Nəsimi rayonu, Puşkin küçəsi, 32 a, AK centre 2-ci mərtəbə (28 May metrostansiyası).

# 986 dəfə oxunub

Müəllifin son yazıları

# # #