Cavidan: “Nağıl” Ən qısa hekayə

Cavidan: “Nağıl” Ən qısa hekayə
17 dekabr 2013
# 15:00

Kulis.Az Cavidanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Nağıl” (270 işarə) hekayəsini təqdim edir.



Biri vardı, biri yoxdu.
Bir taxta vardı.
Taxtanı bəzədilər, adını TAXT qoydular.
O vaxtdan dünyanın qara günləri başlandı.
Bir gün, iki gün, üç gün, dörd gün, beş gün çəkdi bu qaranlıq.
Sonra isə Günəş doğdu.
Göydən üç alma düşdü.
Biri TAXTın altına.
Biri TAXTın üstünə.
Üçüncüsü TAXTı bəyənmədi.
Yenidən Göyə qayıtdı...

# 2577 dəfə oxunub

Müəllifin son yazıları

# # #