Kamal Abdullanın Xətaisi Azdramada

Kamal Abdullanın Xətaisi Azdramada
20 may 2013
# 17:49

Mayın 22-də Milli Dram Teatrında “Şah və şair” tamaşasının premyerası olacaq. Kulis.Az-ın məlumatına görə tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Yazıçı Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsərinin motivləri əsasında səhnələşdirilib.

2004-cü ildə nəşr olunandan müxtəlif ədəbi müzakirələrə səbəb olan “Yarımçıq əlyazma” romanın motivləri əsasında səhnələşdirilən “Şah və şair” tamaşasının cəmiyyətdə maraqla qarşılanacağını söyləməyə əsas var. Əsərdə iki zamanın – orta əsrlərin və müasir dövrün çulğalaşması və bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olacaq.

Tamaşada maraqlı dekorasiyalar, işıq effektlərindən, musiqi və video çarxlardan istifadə olunacaq.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Tamaşada aktyorlar Vidadi Həsənov, Elşən Rüstəmov, Hikmət Rəhimov, Ayşad Məmmədov rol alıb.

# 3066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #