Məşhur türk yazıçısı intihar etdi

Məşhur türk yazıçısı intihar etdi
8 yanvar 2013
# 22:56

Məşhur türk yazıçısı Mətin Kaçan intihar edib.

Kulis.Az-ın hurriyet.com.tr-yə istinadən yaydığı məlumata görə bazar günü (6 yanvar) səhərə yaxın mindiyi taksini foto çəkmək bəhanəsi ilə saxladan yazıçı özünü körpüdən tullayıb.

52 yaşında olan Mətin Kaçanı 1990-cı ildə yazdığı “Ağır roman” romanı ilə məşhurlaşıb.

Romanın özü kimi eyniadlı ekran versiyasi da böyük uğur qazanıb.

1997-ci ildə "Fındıq Səkkiz" adlı romanı çap edilib.

Əsərlərində həyatın dibindəki insanları təsvir edən Mətin Kaçan türk ədəbiyyatının ən parlaq nümayəndələrindən sayılırdı.

# 4167 dəfə oxunub

Müəllifin son yazıları

# # #