Səda teatrında “Ölülər” tamaşası

Səda teatrında “Ölülər” tamaşası
30 aprel 2018
# 17:34

Mayın 1-i saat 16-da Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Səda Tədris teatrında” Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası oynanılacaq.

Teatrdan verilən məlumata görə “Dram və kino aktyorluğu” ixtisası üzrə IV kurs tələbələrinin (Kurs rəhbəri Xalq artisti, professor Bəsti Cəfərova) hazırladığı tamaşanın rejissoru Asiman Ağa Rövşəndir.

Tragikomediyada Kənan Cavadov (Kefli İsgəndər), Asim Mərdanov (Şeyx Nəsrullah), Cavid Quluzadə (Hacı Həsən), Səbinə İmamverdiyeva (Nazlı, Sənan Fərzəliyev (Şeyx Əhməd), Arzuman Tanrıverdiyev (Mirbağır ağa və Məşədi Oruc), Nurlan Nəbiyev (Hacı Baxşəli), Kənan Piriyev (Kərbalayi Vəli), Pərviz İbrahimov ((Heydər Ağa), Arzu İbrahimli (Gənc qız), Çinarə Əsədova (Gənc qız), Araz Hilalzadə (Şəhər sakini) oynayacaq.

Tamaşaya giriş sərbəstdir./sim-sim.az/

# 967 dəfə oxunub

Müəllifin son yazıları

# # #