Yazıçı 25 min avroluq mükafat aldı

Yazıçı 25 min avroluq mükafat aldı
13 iyun 2017
# 16:36

Alman Nəşriyyatları Birliyinin məşhur Sülh mükafatı bu il kanadalı yazar Marqaret Etvuda verilib.

Kulis.azın türk saytlarına istinadən verdiyi məlumata görə, 25 min avroluq mükafat 15 oktyabrda Frankfurt Kitab Yarmarkasında sahibinə təqdim ediləcək.

Yazıçı, şair, tənqidçi, esseist Marqaret Etvud yaxın tarixin ən dəyərli qurğu yazarlarından hesab olunur.

1950-ci ildən bəri ədəbiyyat, elm və sənət sahələrində sülhün təbliğinə görə verilən mükafat 1997-ci ildə Yaşar Kamala, 2005-ci ildə Orxan Pamuka verilmişdi.

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

# # #