Nobel jüri üzvü Dilanı təhqir etdi

Nobel jüri üzvü Dilanı təhqir etdi
22 oktyabr 2016
# 17:42

Bu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi Bob Dilanla əlaqə saxlamaq mümkün olmayıb. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə Dilan nə Nobel Akademiyasının telefonlarını cavablandırır, nə də mətbuata açıqlama verir.

Dilanın Nobel Akademiyasının zənglərinə cavab verməməsi Nobel mükafatını verən jüri üzvü isveçli Per Wästbergi qəzəbləndirib.

Wästberg deyib: "Gələcəkdə, deyək ki, gələn ay ərzində heç bir açıqlama verməsə mən bunu hörmətsizlik və dikbaşlıq hesab edəcəm.”

Bob Dilanın 10 Dekabrda Stokholmda keçiriləcək mükfatlandırma mərasiminə qatılıb-qatılmayacağı da məlum deyil.

Dilana Ədəbiyyat üzrə Nobel mükafatı “Böyük Amerikan mahnı ənənələri daxilində yeni poetik ifadələr yaratdığını görə” verilmişdi.

# 822 dəfə oxunub

Müəllifin son yazıları

# # #