AYB türklərlə müqavilə imzalayacaq

AYB türklərlə müqavilə imzalayacaq
2 fevral 2015
# 14:08

4 fevral 2015-ci ildə, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyinin müştərək əməkdaşlığına dair müqavilə imzalanacaq.

Müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası»nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə geniş şeir günlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günlərini keçirəcəklər.

Müqaviləni Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı ANAR və İLESAM-ın sədri Məhmət Nuri Parmaksız imzalayacaq.

İmzalanma mərasimində AYB-nin katibləri, İLESAM-ın rəhbərliyində təmsil olunun şəxslər, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov və digər qonaqlar iştirak edəcək.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

# # #