Elçin Hüseynbəyliyə vəzifə verildi

Elçin Hüseynbəyliyə vəzifə verildi
11 noyabr 2014
# 15:37

Bir müddət öncə “Ədəbiyyat qəzeti”ndən istefa verən yazıçı Elçin Hüseynbəyli “Ulduz” jurnalına müşavir təyin olunub.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Xəyal Rza deyib ki, Elçin Hüseynbəyli “Ulduz”un kollektivini yaxından tanıdığı üçün bu təyinat gerçəkləşib.

Xatırladaq ki, Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"nə baş redaktor təyin olunmamışdan qabaq "Ulduz" jurnalının baş redaktoru vəzifəsini daşıyırdı.

# 2000 dəfə oxunub

Müəllifin son yazıları

# # #