Gənc şairdən gözəl bir ata şeiri

Gənc şairdən gözəl bir ata şeiri
22 sentyabr 2019
# 12:30

Kulis.az bazar oxusu layihəsindən Alik Əlioğlunun “Atamın əziz xatirəsinə” şeirini təqdim edir.

Yuxuda atamı gördüm...
Hələ də həminki kimi arıq
və ciddidir...

"Ata, adamlar məni yaman incidir..."- dedim.
Gözü yaşardı...

Sonra hardasa
top oynadıq...
Mən uddum!

Atam məni qucağına
alıb başımdan öpdü...
Sonra yerimə uzandım,
üstümü örtdü
və getdi...

# 9250 dəfə oxunub

Müəllifin son yazıları

# # #