“Yarım hekayə” təqdim olunacaq

“Yarım hekayə” təqdim olunacaq
1 mart 2017
# 15:42

Martın 5-i gənc yazar Qəfər Rüstəmin kitabının imza günü keçiriləcək. Kulis.azın məlumatına görə imza mərasimi saat 12:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq.

“Yarım hekayə” gənc müəllifin ilk kitabıdır.

Gənc yazıçı müxtəlif səpkidə yazdığı hekayələri bir kitabda toplamış, rəngarəng hislərinin tərənnümündən təbii ədəbi kollaj əmələ gətirmişdir. Həcmcə o qədər də böyük olmayan hekayələr yazıçının özünəməxsus poetikasıyla oxucunu asanlıqla özünə cəlb edir. Hər bir mətn oxucunu gərçək dünyanın yekrəngliyindən təcrid edib özünün çoxqatlı aurasında səyahət etdirməyi məharətlə bacarır.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #