Xalq artisti yeni filmə çəkilir

Xalq artisti yeni filmə çəkilir
29 sentyabr 2015
# 10:45

Xalq artisti Ramiz Əzizbəyli yeni filmə çəkiləcək. Bu barədə aktyor özü aznews.az-a məlumat verib.

Onun sözlərinə görə, tanınmış kinorejissor Oqtay Mirqasımovun filmində baş rollardan birinə dəvət gəlib: “Mən də qəbul etdim. Filmin çəkilişlərinin nə vaxt başlanacağını deyə bilmərəm. Onu rejissor təyin edir”.

R.Əzizbəyli yerli seriallarda çəkilməməsinə də münasibət bildirib. O, bu gün istehsal olunan seriallarda rol almaqdansa, illərlə evdə oturmağın üstün olduğunu vurğulayıb: “Mən seriallara çəkilmirəm. Nə də bundan sonra çəkilməyəcəyəm. İndiki seriallarda aktyor kimi rol almaq mənasızdır. Mən o serialların heç birini bəyənmirəm. Seriallarda kişi aktyorlar gözdən düşür. Baxırsan, utanırsan kişilər şitlik edirlər”.

Xatırladaq ki, Ramiz Əzizbəyli iki ildən artıqdır ki, insultdan əziyyət çəkir.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

# # #