Anarın yeni kitabı çap olundu

Anarın yeni kitabı çap olundu
5 mart 2018
# 15:35

“AYBKitab” layihəsi çərçivəsində xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib.

“Mütərcim” nəşriyyatında çap olunan kitaba ön sözü gənc yazıçı Pərvin yazıb. Anar "Səhra yuxuları" pyesini 1980-ci ildə qələmə alıb. 1981-ci ildə mərhum rejissor Vaqif İbrahimoğlu Akademik Milli Dram Teatrının səhnəsində əsərə quruluş verib.

# 956 dəfə oxunub

Müəllifin son yazıları

# # #