Bu kitabı hamı oxumalıdır

Bu kitabı hamı oxumalıdır
10 iyun 2013
# 11:13

"Başla Kitab" layihəsi çərçivəsində növbəti kitab işıq üzü görüb. Kulis.Az-ın xəbərinə görə bu Vilhelm Reyxin "Dinlə, Kiçik Adam" əsəridir. Kitabı Azərbaycan dilinə Tural Osman tərcümə edib. Görkəmli Avstriya-Amerikan psixoloqu Ziqmund Freydin tələbəsi olan V. Reyx "Seksual İnqilab" adlı kitabı da çox məşhurdur.

“Dinlə, Kiçik adam” kitabı elmi əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış bu kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmayıb. Bu sadəcə olaraq, bir naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayət dəhşət içində araşdırmaqda olduğu “kiçik adamla” bağlı öz daxilindəki qarışıq fikirləri sistemləşdirmək cəhdi olmuşdur. Küçədəki kiçik adam nələrə dözmək məcburiyyətində qalır və buna necə üsyan edir? Düşmənlərini başının üstünə qaldırmasının, dostlarını isə öldürməsinin səbəbləri nələrdir?

Kitabın qiyməti 4 manatdır.

Qeyd edək ki, “Başla kitab” layihəsinin ilk nəşri Lev Tolstoyun “Etiraflar”ı olub.

# 3816 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #