Günel Natiqin kitabı çıxdı

Günel Natiqin kitabı çıxdı
28 sentyabr 2015
# 17:38

Yazıları vaxtaşırı Kulisdə də yayımlanan yazar Günel Natiqin kitabı işıq üzü görüb.

“Qanun” nəşriyyatında çap olunan “Kağız gəmilər” kitabı müəllifin atası, mərhum tərcüməçi Natiq Səfərovun xatirəsinə həsr olunub.

Kitabda G.Natiqin insan psixologiyasına nüfuz edən, yalqız insanın hisslərinə toxunan esse və hekayələr yer alıb. Portret məqalələrdə müxtəlif dövrlərdə yaşamış maraqlı insanların həyat və yaradıcılığına işıq tutulur.

Kitabda eləcə də müəllifin folklorla bağlı araşdırmalarının bir hissəsi təqdim olunur.

# 952 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #