Ad gününə tüpürən şair

Ad gününə tüpürən şair
20 aprel 2017
# 10:15

20 aprel şair Qulu Ağsəsin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun öz doğum gününə yazdığı şeiri yayımlayır.

Anama: "Sevin"- dedilər,

"Bu oğlun, evin", - dedilər.

Mən doğulan gün dedilər

Aprelin 20-nə

Bu boş ömrümə tüpürdüm.

Doğulan günə tüpürdüm.

Tüpürdüm yenə tüpürdüm,

Aprelin 20-nə

İstədim öləm, qoymadı,

Lap nahaq yerə qoymadı.

Tanrım bir daşı qıymadı

Aprelin 20-nə.

# 727 dəfə oxunub

Müəllifin son yazıları

# # #