Sayt müsabiqə elan etdi

Sayt müsabiqə elan etdi
1 aprel 2016
# 13:48

Manera.az ədəbiyyat və mədəniyyət portalının yaranmasının 1 ili münasibətiylə yeni yaradıcılıq müsabiqəsi elan olunur.


Müsabiqədə “Ən yaxşı şeir”, “Ən yaxı hekayə”, “Ən yaxşı tərcümə”nominasiyaları üzrə yerlər müəyyənləşdiriləcək.


Müsabiqəyə göndəriləcək əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Daha sonra saytda dərc olunacaq.


Qaliblər saytın yaranmasının 1 iliyi münasibətiylə keçiriləcək mərasimdə elan olunacaq, onlara pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.

Mövzu sərbəstdir.


Müəlliflərdən ədəbi nümunədən əlavə qısa tərcümeyi-hal, əlaqə nömrəsi və şəkil göndərməkləri tələb olunur.

Qeyd edək ki, müsabiqədə bir şəxs bir mətnlə iştirak edə bilər. Digər orqanlarda çap olunmuş mətnlər müsabiqədən kənarlaşdırılacaq.

Əsərlər [email protected] ünvanına və “müsabiqə üçün”qeydi ilə 15 aprel 2016-cı il tarixindən gec olmayaraq göndərilməlidir.

# 950 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #