Oldu, deyilənlər oldu

Oldu, deyilənlər oldu
7 fevral 2014
# 10:38

Bu gün şair Şaiq Vəlinin vəfatının bir ili tamam olur. O, 1950-ci ildə Qazaxda anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib.

Faciəvi ömür yaşayan şair uzun sürən xəstəlikdən sonra ötən il fevral ayının 6-da vəfat edib, fevral ayının 7-də Sumqayıtda dəfn olunub.

Kulis.Az Şaiq Vəlinin “Oldu” şeirini təqdim edir.

Oldu!

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

# 1843 dəfə oxunub

Müəllifin son yazıları

# # #