Musa Yaqub - 76 VİDEO

Musa Yaqub - 76 VİDEO
10 may 2013
# 10:12

Bu gün görkəmli şair Musa Yaqubun 76 yaşı tamam olur.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru işləyib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Kulis.Az şairin öz dilindən şeirini təqdim edir.

# 2323 dəfə oxunub

Müəllifin son yazıları

# # #