Dəli könül...

Dəli könül...
28 fevral 2014
# 13:30

Kulis.Az Xəstə Qasımın şeirlərini təqdim edir.

Də­li kö­nül

Də­li kö­nül, nə di­va­nə gə­zir­sən,

Bi­və­fa dil­bər­dən sə­nə yar ol­maz.

Düz çıx­maz il­qa­rı, əhdi-pey­ma­nı,

Hər­ca­yı­da na­mus, qey­rət, ar ol­maz.

Üz ver­mə na­da­na, sirr ver­mə pi­sə,

Axrı qəl­bin ya in­ci­yə, ya kü­sə,

Ot bi­tər kök üs­tə, əs­li nə isə,

Yov­şan bəs­lə­mək­lə çə­mən­zar ol­maz.

Və­fa­lı­ya əmək çək­sən itir­məz,

Bə­də­sil nə­si­hət, öyüd gö­tür­məz,

Qa­baq ta­ğı tər şa­ma­ma bi­tir­məz,

Göy sö­yüd­də hey­va ol­maz, nar ol­maz.

Tək­lif olun­ma­mış bir ye­rə var­ma,

Nər ol­maz mey­dan­da hər bı­ğı­bur­ma,

Sey­ra­qıb ada­ma sən ya­xın dur­ma,

Xa­in çı­xar, on­da düz il­qar ol­maz.

Xəs­tə Qa­sım gü­nü keç­miş qo­ca­dı,

Gə­lən bə­zir­gan­dı, ge­dən xo­ca­dı,

Sərv ağa­cı hər ağac­dan uca­dı,

Əs­li qıt­dı, bu­da­ğın­da bar ol­maz.

Yax­şıdır

Də­li kö­nül, mən­dən sə­nə əma­nət,

De­mə, bu dün­ya­da qa­lım yax­şı­dı.

Bir gün olar qo­hum, qar­daş yad olar,

De­mə, ulu­sum var, elim yax­şı­dı.

Bir məc­li­sə var­san, özü­nü öy­mə,

Şey­ta­na bac ve­rib kim­sə­yə söy­mə,

Qüv­vət­li ol­san da yox­su­lu döy­mə,

De­mə ki, zor­lu­yam, qo­lum yax­şı­dı.

Qo­çaq­dan olub­san, qo­çaq ol­gu­nan,

Qa­da­dan, ba­la­dan qa­çan ol­gu­nan.

Aşıq ol, co­mərd ol, al­çaq ol­gu­nan,

De­mə, va­rım çox­du, pu­lum yax­şı­dı.

Xəs­tə Qa­sım ki­mə qıl­sın da­dı­nı,

Ca­nı çıx­sın, özü çək­sin odu­nu,

Yax­şı igid ya­man et­məz adı­nı,

Çün­ki ya­man ad­dan ölüm yax­şı­dı.

Dünya

Gəl bir səndən xəbər alım,

Süleymandan qalan dünya.

Əvvəlin gəl-gəl eyləyir,

Axrın olub yalan, dünya.

De görüm nəyə talıbsan,

Dərsini kimdən alıbsan.

Səksən min yol boşalıbsan,

Doxsan min yol dolan dünya.

Xəstə Qasım qalıb naçar,

Sir sözünü kimə açar?

Gələn qonar, qonan qaçar,

Kimdi səndə qalan, dünya.

Ay ha­yıf-ha­yıf

(cı­ğa­lı təc­nis)

Sə­hər tez­dən əz­mi-gül­şən ey­lə­dim,

Qəm mə­ni çul­ğa­dı, ay ha­yıf-ha­yıf.

A­şıq de­yər, ay ha­yıf!

Kim­lər ol­du, ay ha­yıf!

Sə­niy­nən mən se­viş­dim,

Ay­rı düş­düm ay, ha­yıf.

Bağ­ban ol­dum, bağ bəs­lə­dim, çi­fay­da,

Dər­mə­dim gü­llərin, ay ha­yıf-ha­yıf!

Sər­ra­fın dəs­tin­də nə da­nə gör­düm,

Mür­cü də­ha­nın­da nə da­nə gör­düm.

A­şıq, nə da­nə gör­düm,

Xa­lın nə da­nə gör­düm,

Tü­lək tər­lan tuş ol­du

A­xır na­də­nə, gör­düm.

Göv­hə­ri ver­di­lər na­da­nə gör­düm,

Bil­mə­di qiy­mə­tin, ay ha­yıf-ha­yıf.

Oxu­dum dər­si­mi, çıx­dım ya­si­nə,

İyid olan İx­las bağ­lar Ya­si­nə!

A­şıq de­yər, ya­sı­na,

Na­mərd boy­nu ya sı­na

Na­nə­ci­bə söz de­mə,

Ya in­ci­yə, ya sı­na!

Qa­sım ölər el­lər gə­lər ya­sı­na,

Eşi­dən­lər de­yər, ay ha­yıf-ha­yıf.


Üz­ha­üz


(cı­ğa­lı təc­nis)

Hə­qi­qət bəh­rin­də qəv­va­sam de­yən,

Qəv­vas isən, gir dər­ya­ya üz­ha­üz.

A­şıq de­yər, üz­ha­üz,

So­nam göl­də üz­ha­üz.

Qa­rı düş­mən dost ol­maz,

Yal­va­ra­san üz­ha­üz.

Bir mərd ilə il­qa­rı­nı vur ba­şa,

Na­mərd ilə kəs ül­fə­ti üz­ha­üz.

Par­ça­lan­dı gə­mim, qal­dı də­rin­də,

Qərq ol­du üm­ma­na, qal­dı də­rin­də,

A­şıq de­yər, də­rin­də,

Da­ya­zın­da, də­rin­də,

Sid­qi, qəl­bi düz olan,

Hər­giz qal­maz də­rin­də.

Qis­mət ol­sa o möv­la­nın də­rin­də,

Üz dö­şə­yək, səc­də qı­laq üz­ha­üz.

Xəs­tə Qa­sım ca­na­nı­na can de­yə,

Can da­nı­şa, can eşi­də, can de­yə.

A­şıq de­yər, can de­yə,

Və­fa­lı­ya can de­yə,

Gör­mə­dim hər­ca­yı­lar,

Ca­na­nı­na can de­yə.

Yox və­fa­lı, can de­yə­nə, can de­yə,

Bi­və­fa­san, çək əli­ni üz­ha­üz.

# 21059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #