Samira Bağırova: "Quranı bütləşdirmək bütpərəstlikdir..." – Açıqlama

Samira Bağırova:  "Quranı bütləşdirmək bütpərəstlikdir..." – Açıqlama
17 mart 2025
# 17:56

“Mən İslamı tənqid etməmişəm. Quranı bütləşdirmək, dini qaydaları bütləşdirmək bütpərəstlikdir. Bir yazıçı kimi müxəlif dinlər haqqında fikirlərimi, dinə və dini rituallara özüməxas qənaətlərimi qeyd etmişəm...”

Kulis.az xəbər verir ki, bu sözləri oxucunun iddiasına görə, İslam dinini və İslam dinin ehkamlarını aşağılayan, "Quran"ın pedofiliyanı təbliğat vasitəsi adlandıran psixoloq Samirə Bağırova (SamiRa Amon) "Hu (Aydınlanma)" romanı haqqında deyib.

Onun sözlərinə görə, yazıçının düşüncələrinə müdaxilə etmək olmaz:

“”Hu” romanında bütün dinlər haqqında tənqidi fikirlər, şərhlər var. Bu barədə kitabın redaktoru Cəlil Cavanşirlə uzun-uzadı müzakirələrimiz olub. “Hu” bədii əsərdir və müəllifin azadlığına, müəllif kimi düşüncələrinə müdaxilə etmək olmaz. Mən nə yazdığımı yaxşı bilirəm. Ona görə də “Hu” romanının satışının qadağan edilməsi ilə bağlı iddia yanlışdır. Kitablar qadağan edilmək üçün yox, oxunmaq üçün yazılır..."

Samira Bağırova açıqlamasında qeyd edib ki, konstitusiyamıza görə, hər kəsin söz azadlığı var:


“Oxucu romanı oxusun, müzakirə etsin, lazım gələrsə, irad da bildirsin. Düşündüyümü söyləmək, yazmaq konstitusion haqqımdır. Mən belə düşünürəm, sən elə... Mən sənin fikirlərini oxumuşam, bəyənməmişəm, başa düşdüyüm kimi yozmuşam, ancaq hörmətsizlik də etməmişəm. Təhqir etməmişəm. Sən də mənim fikirlərimi oxu, bəyənməsən, haqqında yaz. Amma kitabı qadağan etmək, sadəcə, gülüncdür. Yox bir, kitabı yandırsınlar...”

# 1021 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #