Ramiz Rövşəndən Novruz şeiri - Mətn

Ramiz Rövşəndən Novruz şeiri - Mətn
16 mart 2021
# 10:15

Kulis.az Axır çərşənbə münasibəti ilə "Günün şeiri" layihəsindən Ramiz Rövşənin "Novruz" şeirini təqdim edir. Qeyd edək ki, şeirə bəstəkar Cavanşir Quliyev musiqi bəstələyib. Mahnı 2000-ci illərin əvvəllərində Aygün Kazımovanın ifasında məşhurlaşıb.

Novruz gəlir yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...

Kosa sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı...

Novruza bax, yaza bax
Bir əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl
Ot bitər yemlik bitər
Keçəl başda tük bitər...

Keçəl başın yağlasın
Dəsmal verin bağlasın
Rəqs eləyək oynayaq
Çırtıq çalaq şadlanaq
Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq...

# 6367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #