Orxan Pamuk karantindən danışır: "Ev təmizləyirəm, paltar yuyuram" - Söhbət

Orxan Pamuk karantindən danışır: "Ev təmizləyirəm, paltar yuyuram" - Söhbət
23 aprel 2020
# 12:43

Kulis.az Oral Çalışların Orxan Pamukun “karantin günləri”ni necə keçirdiyi haqqında yazısını təqdim edir.

Orxan Pamuk və həyat yoldaşı Əsli Akyavaşla “karantin günləri”ni necə keçirdikləri barəsində söhbət etdik. Günləri necə keçir? Köməkçiləri də bir müddətlik icazəli olduğuna görə ev işləri də həyatlarının bir parçasına çevrilib. Orxan böyük maraq, həyəcan və təşvişlə Covid-19-un yayılmasını, Türkiyə və dünya iqtisadiyyatındakı yüksəlişi, azalmanı izləyir.

- Nə edirsən?

- “Vəba Günləri” adlı romanımı bitirməyə çalışıram. Roman 1901-ci ildə baş verən üçüncü vəba pandemiyası haqqındadıdır. Yaşamaqda olduğumuz şeylərə bənzər şeylər. Dörd ildi düşünürəm, qururam. Belə bir şey hesabda yoxdu, amma belə bir şeyin ola biləcəyini mən bilirdim. Bill Qeytsin məqalələrindən xəbərdar idim.

- Günlər necə keçir?

- Dayanmadan çalışırıq. Axşamları film izləyirik. Evi ikiyə ayırdıq, hər kəs öz tərəfinin təmizliyini edir. Paltaryuyan maşını istifadə etmədən kiçik şeyləri ləyənə atırdıq, əldə yuyurduq. Lakin sonra işlər ciddiləşdi. Ev işi vacib deyil, amma mən öz ev işimi həll edirəm. Hər kəs öz işini görür. Sizlər necə ev işlərinizi görürsünüz?

- Yeni bir ixtira yaratdıq. Evi öz-özünə süpürən bir robot süpürgə aldıq. Qazan böyüklüyündədir. Evdə gəzir.

- Altında yumru, fırlanan təkərləri var?

- Fırçaları var, parladır hər yeri.

- Amma mən döşəməni silməyi sevirəm, etiraf edirəm. Yay fəsli vəziyyət necə olacaq? Nə düşünürsən?

- Epidemiya nəzarət altına alınacaq deyə düşünürəm.

- Mən dərmandan ümidli deyiləm. Amma yayda azalar deyə düşünürəm.

- Axşamlar nəyə baxırsınız?

- Əsli xanımı yalnız səhiyyə işçisi olduğu üçün deyil, eyni zamanda gözəl filmləri seçdiyi üçün alqışlayırıq. Seçib təkliflərini edir, sonra qərar veririk.

- Sən tamaşaçısan yəni.

- Mən film izləyərkən dayana bilmirəm. Yarım saat sonra biraz Vikipediyaya baxıram. Seçdiyim filmin Vikipediyadakı detallarına baxaram. Əsliyə anladıram. Mənə də düşən budur. “Apple TV” var sizdə? “Criterion Collection” var orda. Çox film var, təəccüb içindəyəm.
Əvvəllər Sinematik vardı, bütün filmləri bir əldə toplamışdılar, indi bütün dünyanın bütün filmləri xidmətimizdə. Antonionilər, Monika Vittilər… amma bəzən çox intellektual və sıxıcı ola bilirlər. Mənim Nyu-Yorklu şəxsiyyətim də var. Oranı da üzüntüylə izləyirəm. Kolumbiya Universitetində bir semestr dərs keçirdim. Bizim dərslər də tətilə getdi. Tələbələr getmək istəmədi. Amma getdilər. Bu hadisə hər kəsə çox acı verdi.

- Səncə, karantin günlərində kitablara olan maraq artdımı?

- Əsli dünən küçəyə çıxdı, Bağdad küçəsində hər yer bağlıymış, bir kitab mağazası açıq imiş, amma millət kitab evinə də gedə bilmir, kitabxanada da virus ola bilər. Onlayn satışlarda çox artış var, amma normal kitab satışını ödəmir. Əsli ilə danışırıq aramızda. “Nəyin olmasını arzulayırsan?” deyirik bir-birimizə.
Şəhərdə vitrinlərə baxaraq gəzmək və istədiyim bir yerə getmək mənim üçün böyük bir zövqdür. Həyatın ən gözəl anlarıdan biri imiş kitabxanaya girmək, muzeyə getmək, mədəniyyət yerlərini gəzmək, qələbəlikdə addımlamaq. Bunları istəyirik. /odatv.com/

# 2701 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #