Günün müharibə şeiri: Əlil paltarlar

Günün müharibə şeiri: Əlil paltarlar
10 mart 2021
# 10:30

Kulis.az “Günün şeiri” rubrikasından gənc şair Saqif Zeynalın “Ayağını itirmiş şalvarlar” şeirini təqdim edir.

Yay getmiş də
Çoxdan getmiş.
Zivələr geyinmiş qalın paltarlarını.
Qonşu həyətdən yellənir yenə
Müharibədə ayaqlarını itirmiş şalvarlar,
Qollarını itirmiş köynəklər.
Qadınlar ehtiyatla yuyar,
Ehtiramla sərər,
Sıxmaz yaralı paltarları.

# 2358 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #