Azərbaycan yazıçılarının əsərləri Belçika, Lüksemburq və İsveçrədə - İlk dəfə

Azərbaycan yazıçılarının əsərləri Belçika, Lüksemburq və İsveçrədə - İlk dəfə
5 noyabr 2020
# 15:31

Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının kitabları bugündən etibarən Fransadan savayı İsveçrə, Belçika və Lüksemburq kitab mağazalarında satılacaq.

Bu barədə Kulis.az-a nəşriyyatdan məlumat verilib.

Xatırladaq ki, nəşriyyat əsasən azərbaycanlı müəlliflərin əsərlərini çap edir.

Bu günlərdə isə Azərbaycan yazıçıları Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü” və Mübariz Örənin “Sodomor” kitabları işıq üzü görmüşdü.

Azərbaycan kitabının bu cür geniş arealda satışa çıxması ədəbiyyat tariximizdə ilk dəfədir.

Uğurlar arzu edirik.

Kitabların satış linklərini təqdim edirik.

1. Belçika: https://www.librel.be/listeliv.php…

2. Lüksemburq: https://www.ernster.com/result?bpmquery=V%3A%22kapaz%22

3. İsveçrə: https://www.payot.ch/Dynamics/Result…

# 2527 dəfə oxunub

Müəllifin son yazıları

# # #