Günel MƏMMƏDOVA
Bu yerlərdə yaşamağa həvəs yox
Sənsiz mənə bircə udum nəfəs yox.
Ürək acıb, söz deməyə bir kəs yox
Apar məni uzaqlara, əzizim.
O yerlərdə dərd- kədərdən gen olaq
Arzuları gercək edək, çin olaq.
O yerlərdə bir mən, bir de sən olaq,
Apar məni uzaqlara, əzizim.
O yerdə ki, məhəbbət var, sevgi var
O yerdə sevənlər xoşbəxt olurlar.
Bir az da könlümcə yaşayım, nolar
Apar məni uzaqlara, əzizim.