Qəlbimdə qalaq olub sözlər

Qəlbimdə qalaq olub sözlər
25 oktyabr 2013
# 14:07

Fidan HƏSƏNOVA

Qələmim yenə səni yazır, yenə səndən yazır. Kəlmələri ard - arda düzməyə başlamışam yenə vərəqlərə. Mən hər gecə yazıram, sən isə heç oxumursan.

Əslində qəlizdir ünvansız namələr yazmaq. Həm qəlizdir, həm də qəribə. İnsan heç tanımadığı birinə məktublar yazarmı hər gecə?! Bilmədiyim, heç görmədiyim, hətta yuxularıma qonaq gəlməyən kimisə həyatıma necə qonaq çağıra bilirəm?! Var olduğuna hətta şübhə etdiyim yad adama necə səslənə bilirəm mən?!

Qəlbimdə qalaq olub sözlər. Amma mən hər dəfə susuram. Səssizliyimin səbəbi səsimin titrəyişidir. Bəlkə elə ona görə mən məhz yazmağı seçmişəm. Elə səni də yazarkən tapmışam. Xoşbəxtsən yəqin. Axı mənə yazdıran səbəb sənsən. Bir də mən sənin kim olduğunu bilsəm... Bir nəfər çıxıb mütləq gələcəyini desə daha həsrətlə gözlərəm bəlkə... Bu qədər intizarda qalmaq nəyə gərək?!

Gözlərinin dərin ifadəsini, rəngini, həzin səsini, saçlarının qəhvə tonunu, hətta tək - tük bəyazları da xəyal etmişəm. Səni başdan “yaratmışam” arzularımda. Gecələr ay işığında gündüzlər əl - ələ gəzəcəyimiz günün xəyalını qururam. Gülüncdür. Amma mən bunu elə sevirəm.

Hansı bulud arxasında gizlənmisən sən, yad adam?! Dünyanın hansı küncündə özünü məndən gizlətmisənsə gəl... Tanıyım səni... Sevim səni...

Yenə səni yazdım, yenə səndən yazdım. Bu dəfə də hansısa xəyal quşunun qanadlarında sənə doğru uçuracam məktubumu. Bəlkə ünvanına yetişər deyə. Ya sənə çatacaq, ya da yenə küləklə sovrulacaq...

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #