Axillesin deffekti

Axillesin deffekti
5 sentyabr 2014
# 12:49

Fuad Rəsulzadə

Heraklın zibili

Rəsm haqda hər şeyi

Qoyub gedib Vazari.

Stilini dəyişmir

Hindistandakı Sari.

Qoymadılar ölməyə,

Diriltdilər Lazarı.

Futbol, fado, fiesta

Andırır Salazarı.

Camaat nə görmüşdü

Harpiyanın səsində.

Poxa düşdü Herakl

Avginin tövləsində.

Sovet qəddar davrandı

Mümtaz Salmana sarı.

Kitabəsi bağlanıb

Artıq Salmanasarın.

Meduzanın gözünü

Görməyə yoxdur gözüm.

Narsis üçün dünyada

Ən gözəl olub özü.

Şekspirin varlığı

Hələ də sual altda.

Fermopilin günahı

Hamısı Efialtda..

Sevilyada sevilir

Ramon Sançes Pisxuan.

Nil çayına bənd olub,

Aşiq olub Asuan.

Yola saldı on kişi

Gecəyə Messalina.

Heç kim də fərq qoymadı

Qabağına, dalına.

Ovod əlyazmasından

Mən heç nəyi qanmadım.

Odin kimi su içdim

Yenə ağıllanmadım.

Yekaterinanın impatiyası

Nyutonun beşiyi

Durmadan yellənirdi

Zevs yanında qızlar

Olimpdə şellənirdi.

Oktavian avqusta

Saxlamışdı toyunu.

Antoni öz nəslinin

Yerə soxdu boyunu.

Gəldilər töküldülər

Yulilər-Klavdilər,

Dişi atlar nə çəkir

Yekaterina bilər.

İynə yarım yol gedib

Yazıq Sizifin daşı

Düşmənlərə çəpərdir

Frida Kahlo qaşı.

Soyuq müharibənin

İstisi canımdadı,

İndiyəcən bilinmir

Adsız əsgərin adı.

Poxunu çıxartdılar

Bapbalaca anusun,

Keçmişin, gələcəyin

Hamı söyür Yanusun.

"Mazoxun işgəncəsi"

Planetlər saymayır

Heç biri Plutonu.

Sezar püşkünü atıb

Adladı Rubikonu.

Gəlməyincə evlənib

Sevgilisi Qodonun.

“Mülkiyyət oğurluqdur”

Fikridir Prudonun.

Hamı əla tanıdı

İrlandların Bestini.

Borciyalar gizlətdi

Hamıdan insestini.

Tapammırdı Herakl

Hesperidin almasın

Eridaya almayla

Deyin nifaq salmasın!

Bilmirlər nəyə gülür

Hələ də Mona Liza

Yuxuda qovalayır

Ağ dovşanı Alisa.

Zülm edəni qadınlar

Sevir Stokholmda.

Maradona dedi ki,

Əl var mənim qolumda.

Oxuduğunu bilib

Əzbər Mnemosina.

Doqquz muza doğubdu,

Cırılıbdı vagina.

Təkcə dabanındaydı

Axillesin defekti.

Dərmansız da sağaldır

Plasebo effekti.

Ərə gəlib Lyosaya

Öz xalası Urkidi.

Görən Lyosa oğluna

Xalaoğlumu dedi?!

Getdi qurban Xaraon

Cəmisi bircə oxa.

Zülm, əzab, işgəncə

Ləzzət edib Mazoxa.

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #