Silah və qadın

Silah və qadın
20 yanvar 2015
# 18:21

Bakıdan xəbərsiz idik. Nə baş verdiyindən. Televiziyadan yetərincə xəbər ala bilmirdik. On doqquzu axşamdan başlayan atışma səhər erməni ordusunun kəndə attığı ilk top atəşi ilə daha da güclənmişdi. Atılan top bir evə düşmüş, iki uşaq ölmüşdü. Onda mənim on iki yaşım var idi. Əmimin uşaqları ilə qarda evlərinin açrını axtarırkən atılan topun səsindən qorxub evə qaçmışdıq.

İlk dəfə belə güclü bir səs eşidirdik, top başımızın üstündən keçib iki-üç kilometr uzağa düşmüşdü. Kəndin zavod məhəlləsi deyilən əraziyə. Əmimin yoldaşı yeni vəfat etmişdi, uşaqları günün çox hissəsini bizdə keçirirdilər. Qonşu idik əmimgillə. Həmin gündə bizdə idilər qarda oynarkən əmimin qızı evin açarlarını cibindən düşürmüşdü. Evə girdiyimizdə anam çiynində şal qapının ağzında dayanmışdı, on səkkizi gecədən postta olan böyük qardaşım posttan enib sobanın başında yatmışdı.

Üstü başı çirkli və üzü tüklü idi. Silahınıda qapının sağ küncünə söykəmişdi. İlk dəfə idi belə bir silah görürdüm. Dəmir lüləsi taxta gövdəsi çox ağır idi. Lüləsi tərləmişdi. Çox soyuq bir görünüşü var idi. Bu televiziyada gördüklərimdən deyildi. Gərçək idi. O zaman nizamlı bir ordu olmadığı üçün polis və kənd əhalisindən ibarət dəstələr qoruyurdu kəndi. Əmim çox narahat və qorxulu şəkildə evin tam ortasında masanın başında oturan papama şöylə deyirdi:

- Uşaqları və qadınları kəndən çıxarmaq lazımdır

Müharibə başlayırdı.

Papam qalxıb paltosunu geyindi. Anam da çiynindəki şalı başına çəkib bağladıqdan sonra evdən çıxdıq. Biz evdən çıxarkən böyük qardaşım hələ yatırdı. Axşama o biri qardaşlarımda dönəcəkdi postdan. Bağın içindən keçərək kəndin mərkəzinə doğru yürüdük. Dizə qədər qar var idi. Yürürkən qar ayaqlarımız altında əzilirdi çox soyuq idi bir azda qorxu soyudurdu havanı. Əmim qabaqda gedirdi. Ağ rəngdə şineli var idi. Kazaklara oxşayırdı, yekəpər və saqqallı bir adamdı. Kəndin mərkəzində maşınlar var idi. Onlar uşaqları və qadınları kənddən çıxarmaq üçün gəlmişdi. Əmim yolda məndən bir neçə yaş böyük qardaşıma belə deyirdi:

- Əgər baxdıq maşın filan yoxdur uşaqları sən götürərsən. Vəli dağını aşıb ordan da Şərur kəndlərinin birinə gedərsiz.

Bu məni daha çox qorxudurdu.

Kəndin mərkəzinə çatdıq. Kəndi ilk dəfə belə görürdüm. Qorxu və axşama doğru soyuq. Kənd sanki qorxmuşdu. Qorxurdu. Ağlayan uşaqlar qadınlar,əli silahl adamlar, qışqırıqlar,bağırmalar. Adamı çox qorxudurdu.

Dayım öz uşaqlarını yola saldıqdan sonra bizim maşının yanına gəldi və şöferə bizi Şərurdakı idarəsinə götürməyi söylədi:

- Gecəni orda qalsınlar səhəri bir yer taparıq,-dedi.

Dayım Şərurun (o vaxtkı İliç rayonu) “İşıqlı yol” qəzetinin baş redaktoru idi. Kənddə hadisələr qarışdıqdan sonra Kənd soveti tərəfindən kəndin ictimai sosial işlərinə kömək məqsədilə kəndə çağırılmışdı.

Biz üstü açıq bir yük maşınına minmişdik. Şofer Şərurun kəndlərindən idi.

Əmim ağlayaraq qardaşıma deyirdi:

- Uşaqlar sənə əmanət. Əgər bizə bir şey olursa uşaqlar sənə əmanət.

Bunu elə bir qorxulu və vahiməli şəkildə deyirdi ki, ağlamırdım elə bir hiss də keçmirdi içimdən ama bir anlığa dünyanın sonu gəldiyini hiss edirdim. Bu anda aşağıda papam dayım və bir neçə adam kiminsə vrulduğundan və öldüyündə bəhs edirdilər çox yaxın bir adamdan və danışırkən ağlayırdılar. Amma dayım ağlamırdı. O çox soyuqqanlı biri idi.

Birdən yoxsa, adı keçən adamın vurulan şəxsin əsgərlikdən yeni gələn qardaşımdır deyə keçdi ağlımdan onun boz rəngdə şineli və papağı var idi. Parıldayan ulduzları. Çox qəşəng idi. Ona çox yaraşırdı. Əsl əsgər idi. Orduda çoxlu mükafatları və qramatoları var idi. Komandirləri tərəfindən evə yollanan təşəkkürnamə məktubları. Silahı əla atırdı. Gənc və döyüşkən idi. Yol boyu onu düşündüm. Şinelini və papağını. Mənə verəcəyini söyləmişdi. Buna çox üzülürdüm. Ama ağlamırdım. Kimsəyə də söyləyə bilmirdim. Bir həftə sonra papam və əmim bizi görmək üçün gəldiklərində anladım ki, qardaşıma heç nə olmayıb. Çünki o haqqda heç bir söhbət keçmədi danışıqlarında. Bir həftə o hisslə yaşamışdım və sonda rahatlamışdım. Ət filan alıb gətirmişdilər papam anama və bacıma tapşırırdı ki, ev işlərinə sizdə kömək edin. Çox əziyyət verməyin ara sakitləşən kimi gəlib sizi aparacağıq. Bakıdan adamlar gəlib atəşkəs yaratmağa çalışırlar. Tezliklə hər şey yaxşı olacaq. Papam köhnə komunist və ali təhsilli biri idi çox təmiz və savadlı danışığı var idi.

Biz kəndən çıxarkən hava qaralırdı bir az da da dumanlı idi. Kəndə soyuq rənglər hakim idi. Bəyaz maviyə, mavi siyaha qarışmışdı. Və uzaqdan gələn silah səsləri.Yol boyu ağ paltarlı silahlı əsgərlər var idi. Bizə əl edirdilər.Kəndə dəstək qüvvələri gətirilirdi.

Tanklar,toplar sıra ilə düzülmüşdü yolun kənarına. İlk dəfə idi tankları,topları yaxından görürdüm. Televiyadakı kimi deyildilər. Gərçək idilər.

Şofer qırx beş yaşlarında bir adam idi qalın bığları və sərt sifəti var idi. Türk filmlərindəki kabadayılara bənzəyirdi.

“Mən sizi soyuq idarə otaqlarında qalmanıza razı ola bilmərəm. Sizi öz evimizə aparacam-dedi.-Sabahda gedib ailənizə sizin harda olduğunuzu xəbər edərəm”.

Qardaşım və anam bunu istəmədiklərini ona bizi tapşırılan yerə aparmasını söyləsələrdə o qulaq asmadı belə.

Otuz qırx kilometrdən çox yolu üstü açıq bir maşında gəlmişdik. Çox üşümüşdük. Hətta donmuşduq. Evə girdiyimdə özümü tuta bilməyib bir az tumanıma işədim istidən. ama çox keçmədi bədən tempraturum otağın tempuraturuna uyğunlaşdı öncə çay içdik sonra yemək yedik. Səhərdən ac idik. Evdən çıxanda saat on iki bir olardı. Artıq güvənilir və rahat idik. Qorxuda bir az keçmişdi.
Adam bizi atasıgilin evinə gətirmişdi. Balaca bir gölün kənarında köhnə bir ev idi. Göl soyuqdan donmuşdu. Gündüzləri kəndin bütün uşaqları sürüşmək üçün o gölə gəlirdilər. Şöferin öz evi atasıgilin evinin aşağısında idi. Havalar soyuyunca bir otağını tez tələsik bitirib köçmüşdülər o biri otaqlarınında üstünü basırmış ama qapı və pəncərlərini asmağa imkanı olmamışdı. Evli üç uşağı var idi.

Atası və anası yaşlı idilər evdə daha iki bacısı və nişanlı bir qardaşı var idi. Tətil məqsədi ilə Sumqayıtda yaşayan xala oğlusu da gəlmişdi. Çox gülməli və əyləncəli biri idi. Biz evə girərkən onlar gəlib biznən görüşsələrdə sonra yoxa çıxdılar gecə heç evə də gəlmədilər.

Sonra Sumqayıtdan gələn oğlan bacımla eşq yaşayacaqdı. Ama tətil və savaş bitincə bu eşq də bitəcəkdi.

Bir azdan qonum-qonşular bizi ziyarətə gəldilər kəndən xəbər tutdular nələr olduğunu soruşdulalar ölən və yaralıların olduğunu o an mən yenə qardaşımı düşünməyə başladım və bu yatana qədər ağlımdan çıxmadı. Hər xatırladıqca üzülürdüm. Bir yerə girib ağlamaq istəyirdim. Və canımın ilk dəfə acıdığını hiss etdim. Soyuqdan qaçıb istiyə girəndə istidən bədənin acışdığı kimi bir hissdi. Ev çox isti idi. Suallara qardaşım və anam cavab verirdi. Qonşular radionu açıb xəbərlərə qulaq asırdılar. Sovet ordusunun Bakıya girdiyini yüzlərlə insanın öldüyünü və yaralandığını söyləyirdilər.

Hamı bu xəbərləri çox diqqətlə izləyir və öz münasibətlərini bildirirdi. Ev çox isti idi. Tuvaletə getmək istəyirdim ama bunu kimsəyə deyə bilmirdim. Utandığımdan və istidən sifətim alışıb yanırdı. Evin xanımı uşaqlar yatsın deyəndə çox sevinmişdim.
Tuvaletdən dönərkən yanlış odaya girdim. Və ilk dəfə bir qadını çılpaq gördüm. Evin böyük qızı yatmağa hazırlaşırdı. Güzgünün qarşısında saçlarını darayarkən göyüslərinin ucu aşağı doğru sallanırdı. İşıq soldan vururdu və göyüslərinin altındakı kölğə sağa doğru uzanırdı.

Bu televiziyada gördüyüm çılpaq qadınlar kimi deyildi. Gərçək idi. Bunun qoxusu var idi. Bu qoxunu hiss edə bilirdim. Üzərinə siyah bir gecəlik geyinib yatağına girərkən yatağıma gəldim və onu düşünməyə başladım. Vücudumda bir istilik hərarət hiss etdim. Sonra yenə qardaşımı düşünməyə başladım və o düşüncə ilə yatdım. Onun,boz rəngdə şineli və papağı var idi. Parıldayan ulduzları. Çox qəşəng idilər. Ona çox yaraşırdı.

# 1294 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #