Azərbaycanda ilk: Bu kinoteatrda üstünüzə su, köpük, ətir sıçrayacaq

Azərbaycanda ilk: Bu kinoteatrda üstünüzə su, köpük, ətir sıçrayacaq
21 iyun 2019
# 12:42

İlk dəfə Azərbaycanda 4DX formatı “CinemaPlus” kinoteatrında tətbiq olunacaq.

Kulis.az-ın verdiyi xəbərə görə, iyunun 18-də Barselonada CineEurope Avropa sərgisində kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanmışdır.

“CinemaPlus”un Baş direktoru Cəfər Axundzadə isə kinoteatrda 4DX-in işə düşməsi ilə bu sahəyə marağın artacağına ümid etdiyini bildirib:

“4DX-in işə düşəcəyi təqdirdə tamaşaçılar kinoteatra böyük həvəslə gələcək və istirahətdən parlaq xatirələr əldə edəcəklər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. 4DX-in işə düşməsi bu sahəyə marağı artıracaq və müvafiq olaraq gəlirlərin artmasına gətirib çıxaracaq”.

“Dəniz Mall” Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşir. Ticarət mərkəzinin açılışı 2019-cu ilin sonuna gözlənilir. Ticarət mərkəzinin qeyri-adi dizaynı Azərbaycan gerbinin səkkizgüşəli ulduzundan ilhamlanmış londonlu dizayner Çapman Teylor tərəfindən qurulub. “CinemaPlus” kinoteatrı 11 zaldan və 1165 oturacaq yerindən ibarətdir.

Qeyd edək ki, 4DX innovativ kinoteatr texnologiyası kəskin süjetli blokbasterləri və qorxu filmlərini hərəkət, fırlanma və kreslodan titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur.

Hər bir 4DX zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud və yerli film 4DX formatında nümayiş olunub. Bu günə qədər dünyanın 65 ölkəsində 649 zalında 75 000 4DX var. Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusdan sonra 4-cü dür.

# 2673 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 məşhur filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

Rus kinosunun komik “Avara”sı – Yuri Nikulinin 3 məşhur rolu

17:45 21 avqust 2026
"Michael" filminin ikinci hissəsi  üçün aktyor seçildi

"Michael" filminin ikinci hissəsi üçün aktyor seçildi

13:30 21 avqust 2026
Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri

17:50 20 avqust 2026
“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər