ƏSA Teatrı “Parisi partlatdı” – Fotolar

ƏSA Teatrı “Parisi partlatdı” – Fotolar
9 iyul 2018
# 13:20

İyulun 7-də inklüziv ƏSA Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cümhuriyyətin yüz illiyinə həsr olunmuş, teatr sezonunun son premyerası olan "Paris partladı” tamaşasını təqdim edib.

Teatrın baş meneceri Nicat Qulamın sözlərinə görə, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesi əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası anşlaqla keçib və tamaşaçıların rəğbətini qazanıb. Tamaşaya maraq olduqca böyük idi və bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi. Tamaşanın fərqli formada təqdimatı isə xüsusilə mədəniyyət və incəsənət xadimlərinin diqqətini cəlb edib.

Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib daha sonra ƏSA Teatrının təsisçisi və rəhbəri, rejissor Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Qızmar yay günlərində teatrımıza qarşı göstərdiyiniz diqqətə görə hər birinizə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Cümhuriyyət iliniz mübarək olsun!"

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşadakı rolları İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Niyaz İlyasoğlu, Günay Məmmədova, Elsevər Rəhimov, Coşqun Məmmədov, Gülnar Əlfidatlı, Fərid Əliyev və Elşən Əsgərov canlandırıb.

# 1685 dəfə oxunub

Oxşar xəbərlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər

12:00 22 fevral 2025
Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

10:45 22 fevral 2025
Məşhur rejissor yeni film çəkilişlərinə  hazırlaşır

Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır

10:37 22 fevral 2025
"Ceyms Bond" hüquqlarını satdı

"Ceyms Bond" hüquqlarını satdı

18:40 21 fevral 2025
Oğlu ilə bir serialda oynayacaq

Oğlu ilə bir serialda oynayacaq

15:30 21 fevral 2025
Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

12:15 21 fevral 2025
#
#
# # #