İki filmimiz beynəlxalq festivalda təqdim olunacaq

İki filmimiz beynəlxalq festivalda təqdim olunacaq
13 sentyabr 2017
# 11:43

Sentyabrın 14-dən 17-dək Minskdə ənənəvi “TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalı keçiriləcək.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan bu il festivala iki filmlə qatılacaq. Bunlar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan SSRİ Xalq Artisti Müslim Maqomayevə həsr olunmuş “Bəstəkar Müslim Maqomayev” və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Azərbaycanın İvanovka kəndində yaşayan rusiyalı malakanların həyatına həsr etdiyi “Qərib olmayan, qürbətdəkilər” adlı sənədli filmlərdi.

“TEFİ-Sodrujestvo” VII Beynəlxalq televiziya festivalı Minskdə Belarus İnformasiya Nazirliyinin dəstəyi və “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondlarının təşkilatçılığı ilə keçiriləcək.

“Sənədli film” mövzusu altında keçirilən festivalın əsas konkurs proqramına MDB-nin və digər 12 ölkədən 20 film daxil edilib. Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Moldova, Ermənistan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynadan 19 teleradiokompaniya festivalda iştirak edəcək.

Qeyd edək ki, “TEFİ Sodrujestva” VII Beynəlxalq televiziya festivalı çərçivəsində rəsmi açılış mərasimi, filmlərin nümayişi və müzakirəsi, mütəxəssislərin iştirakı ilə ustad dərsləri, müasir jurnalistikanın aktual məsələlərinə dair “dəyirmi masa”lar, həmçinin festivalın laureatlarının mükafatlandırma mərasimi təşkil olunacaq.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər