Moskva Kinofestivalının qalibləri bəlli oldu

Moskva Kinofestivalının qalibləri bəlli oldu
26 aprel 2019
# 10:16

41-ci Moskva kino festivalının qalibləri bəlli oluib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın baş mükafatı olan “Qızıl müqəddəs Georgi” bank kargüzarının həyatındakı böhrandan bəhs edən “Şəxsiyyətin böyüdülməsi üzrə treninq” adlı qazax filmi qazanıb.

“Ən yaxşı qadın rolu” nominasiyasında mükafat iranlı aktrisa Soxa Niastiyə “İkinci kursda mənim həyatım” adlı filmindəki roluna görə təqdim olunub.

“Ən yaxşı kişi rolu” nominasiyasında isə finlandiyalı aktyor Tomi Korpel “Boşluq” filmindəki roluna görə seçilib.

“Gümüş müqəddəs Georgi” mükafatını isə italiyalı rejissor Valeriya Mastandreaya ”O gülür” filmindəki rejissor işi qazandırıb.

Xatırladaq ki, Moskva Beynəlxalq Kinofestivalı 18-25 aprel tarixlərində Moskvada keçirilir və “A” kateqoriyalı festivallardan hesab olunur. Əsas müsabiqə proqramına İran, Türkiyə, İtaliya, Rusiya, Finlandiya, Çin və başqa ölkələrdən olan 13 filmin qatıldığı bu ilki festivalın jüri heyətinə Kim Ki Duk rəhbərlik edib.

# 3888 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər