İtaliyada Azərbaycan kinofestivalı keçiriləcək

İtaliyada Azərbaycan kinofestivalı keçiriləcək
19 iyun 2017
# 15:26

İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların dəstəyi ilə təşkil olunacaq.

Məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir. Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Sonrakı iki gün ərzində altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq. Festival çərçivəsində, həmçinin “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişi, Azərbaycanda multikulturalizm, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər nəzərdə tutulur.

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

12:00 6 oktyabr 2026
Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər