“Qətibə İnanc” premyerası keçiriləcək

“Qətibə İnanc” premyerası keçiriləcək
13 dekabr 2017
# 16:19

Dekabrın 14-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən Kulis.az verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc), əməkdar artist Sabir Məmmədov (Nizami), aktyorlar Rövşən Kərimduxt (Hüsaməddin), Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər Məzahir Cəlilov (Qazı) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edirlər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyulub.

# 2018 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər