Çarli Çaplin: Gənc qızların qənimi

Çarli Çaplin: Gənc qızların qənimi
15 mart 2013
# 08:00

Kino neçə- neçə insanları tarixə yazdı, unudulmaz etdi. Kino tarixində ən çox haqqında danışılan, yazı yazılan, anılan sənətçilər arasında birinci yerdə şübhəsiz ki Çarli Çaplin gəlir.

Çaplin, ilk sevgisini on doqquz yaşında, Karnio Birliyinin ən yaxşı komediya ustası olanda yaşadı. Bu qarışıq bir münasibət idi. Aşiq olduğu qız “Yanke Doodle Girls” adlı qrupunun üzvü olan on beş yaşındakı Hetti Kelli idi. Çaplin ilk sevgisi haqda “Həyatımın Hekayəsi” adlı kitabında belə yazırdı:

“...Birdən, heyranlıqla baxan iri qəhvə rəngli gözlərini, dolğun dodaqlarını və inci kimi ağappaq dişlərini görəndə bütün bədənim titrədi. Tamaşa bitdikdən sonra qız yanıma gəldi. Kiçik aynasını əlimə tutuzdurub saçını düzətməyə başladı. Bu da mənə ona yaxından baxmaq imkanı verdi. Bu sadəcə bir başlanğıc idi. Üstündən

bir müddət keçmişdi. Birdən gənc bir qız tramvaydan enib yanıma gəldi və düz qarşımda dayandı. Makiyajsız daha gözəl və çəkici idi... ”

Çaplin demək olar ki, bütün verdiyi suallara “bilmirəm” deyə cavab verən, aşiq olduğu bu qıza çox vaxtsız evlənmə təklifi etdi. Cavab “hə” ya da “yox” olmalı idi. Amma başqa cür oldu: “Hələ çox balacayam...” Çaplin, bəlkə də qadınlar tərəfindən qəbul ediləcək biri olub - olmadığını yoxlayırdı; “Yaxşı, bəs evlənməli olsaydın, mənimlə evlənərdin yoxsa başqası ilə?” demiş, qız isə bütün suallara verdiyi cavabı təkrarlamışdı: “Bilmirəm...səndən xoşum gəlir ... Amma...”

Hələ on doqquz yaşında olan Çaplinin dağılmış ailənin uşağı olduğu nəzərə alınsa qızlara bu tərz yaxınlaşmasının normal hal olduğunu asanlıqla başa düşmək olardı. O, ömrü boyu ailə arzulamışdı. Yaşadığı bu ilk sevgi isə qızın əlini tutmaqdan və sıxıntılı danışıqlardan ibarət idi; onsuz da çox qısa çəkdi. Çaplin onu ömrü boyu qapısının önündə və bədənindəki sabun iyi ilə xatırlayacaqdı. İki il sonra onunla yenidən qarşılaşmışdı, amma onda hisslərinin yerinə soyuq yellər əsirdi; artıq onu cəlbedici və evlənməyə layiq biri kimi görmürdü.

Çaplin sevgilərini peşəsi ilə iç-içə yaşadığı üçün iş macəraları, sevgisinə və həyata baxışına çox təsir edirdi. Tam adı Çarles Spencer Çaplin olan ingilis əsilli rejissor və film aktyoru Çarli Çaplin 16 aprel 1889-cu ildə İsveçrədə dünyaya gəlmişdi. Anası Hannah və atası Çarles musiqili teatr aktyoru idilər. Çaplin hələ balaca olanda anasından mahnı oxuyub rəqs etməyi öyrənmişdi. İlk dəfə səkkiz yaşında

olanda kloq rəqsi olan Eight Lancashire lads (“Səkkiz lancaşirəli dəliqanlı”) adlı tamaşa ilə səhnəyə çıxdı. Bundan bir az sonra atası öldü. Anası tez-tez psixi xəstəxanada yatmağa başlayan Çaplin yetimxanalarda keçirdiyi uşaqlığını heç vaxt unutmadı. Rəqslər, oyunlar, komediya proqramları təqdim edən ögey qardaşı Sadni küçələrdə qaldığı müddətdə ona iş tapdı. Çaplin işə başlayanda on yeddi yaşında idi.

Çaplin 1901-ci ildə Parisə getdi. “Qu kimi bir boynu və şəffaf cildi olan göz qamaşdırıcı bir varlıq qəlbimin həyəcanla çırpınmasına səbəb oldu. Uzun boylu, çox gözəl, dik burnu və uzun tünd rəngli kirpikləri olan bu gənc qadın qara paltar geyinmiş, əllərinə uzun, ağ əlcək taxmışdı. Salona gedən pilləkənləri çıxarkən əlcəklərindən biri yerə düşdü. O dəqiqə qaçıb götürdüm.” - sözləri ilə haqqında danışdığı bu qadın, Çaplinə təşəkkür etmək üçün gülümsəyib “merci” demişdi. Bəxti necə gətirmişdisə fransızca bildiyi yeganə sözü eşitmişdi Çarli Çaplin. Tərcüməçi dostlarına vəziyyətə görə istifadə edə biləcəyi fransızca sözlər yazdırmışdı. Amma bütün səylərinə baxmayaraq çox bəyəndiyi bu qızla da münasibəti yarımçıq qaldı.

Bunun kimi qısa müddətli, “flört” etməkdən o tərəfə keçməyən çox həyəcanlar yaşadı. 1913-cü ildə, 150 dollar həftəlik pulla kino həyatına addım atan Çaplin, bir daha səhnəyə qayıtmadı.

Keystone şirkəti üçün “Marking A Living” (1914) adlı filmdə oynadı. Bu ilk filmindən sonra, iki il ərzində, ABŞ-ın ən tanınmış adamlarından biri oldu. Amerika istehsalı olan səssiz filmlərdə canlandırdığı (Şarlot) obrazı ilə dünyada məşhur oldu. 1920-ci illərin əvvəllərində, onun filmlərinin gətirdiyi gəlirin qarşılığında da istədiyi pulu ödəməyən şirkətdən ayrıldı və rejissorluğunu etdiyi filmlərdə rol almağa başladı.

1920-c illərin sonlarında səsli filmə keçəndən sonra bir neçə filmə çəkilməklə kifayətləndi. Ona ən çox məşhurluq gətirənlər isə - “The Kid” (“Yumurcaq” - 1921), “The Gold Rush” (“Qızıla hücum”-1925), “City Lights” (“Şəhər işıqları” - 1931), “Modern Times” (“Müasir zamanlar” -1936) və “The great Dictator” ( “Böyük diktator” - 1940). uzun metrajlı komediya filmləri olmuşdu.

Çarli Çaplin həmin dövrün ən skandal yaradacaq münasibətlərini yaşadı desək, yanılmarıq. Adətən özünə görə çox gənc olan qızlara maraq göstərərdi. Çox hərəkətli, xüsusi yaşamı olan Çaplinin, dörd evliliyinin üçü filmlərinin baş rol oyunçuları ilə oldu.


İlk evliliyini 26 yaşındakı Midred Harrislə etdi. Ondan boşanandan sonra 1928-ci ildə 12 yaşındakı Lita Qrey ilə birlikdə olmağa başladı. Aktrisa olan Qrey , 16 yaşında hamilə qalandan sonra Çaplinə qarşı məhkəmə başladı və Çaplin evlənmək məcburiyyətində qaldı. İki il davam edən bu evlilik müddətində Çaplin arvadını başqa qızlarla aldatmağından da qalmırdı. Boşanma müddətində isə o vaxtın ən böyük təzminatını ödəmişdi: Düz 600 min dollar.


Sonuncu dəfə evlənəndə 53 yaşında olsa da yeni arvadı 17 yaşında idi. 1936 cı ildə Paullette Goddardla evləndi. 1943-cü ildə ssenari

yazıçısı Eugene O Neillin qızı Oona O Neilli ilə evləndi. O dövrdə ilk iki boşanması və 1944-ci ildə ona qarşı açılan qəyyumluq məhkəməsi sensasiya yaratmışdı.

Çaplinin yaşadığı sevgilərə baxanda Çaplinin film çəkmə, pul qazanma, məşhur olma savaşının içində axtardığının “sevgi” ya da “arzularındakı qadın” olduğunu deyə bilərik.

Çaplin sevgilərini yaşayarkən dünya ilə münasibətini həmişə daha üstdə saxlayırdı. 1942-ci ildə müharibədə Almanlara qarşı ikinci cəbhə çağırışına gedəndə manşetlərə çıxmışdı. Siyasi görüşünə yönəldilən hücumlarda, heç vaxt ABŞ vətəndaşlığına keçməyəcəyində qərarlı olmağının da payı var idi. “Mavi saqqal” hekayəsinin davamı olan Monsiour Verdoux (1947) ətrafdakıları eləcə də Amerika ordusunu əsəbiləşdirmişdi. ABŞ hökumətinin onu vergi borcu üçün sıxışdırır, bundan başqa bəzi siyasətçi və köşə yazarları ilə münasibətinin olmasını bəhanə edib Çaplin ölkəni tərk etməyə məcbur etdilər. 1953-cü ildə geri dönmə məsələsi ABŞ-da məhkəmədə müzakirə edildiyini öyrənəndə Cenevrədə olan Çaplin bundan imtina etdi.

Bu sevgi adamına filmlərinin göstərildiyi hər ölkədə pərəstişkar toplamasına baxmayaraq ABŞ vətəndaşlığını rədd etdiyi üçün ona ünvanlanan “qaralama” kompaniyası başladı. Özündən çox gənc olan qadınlarla etdiyi evlilik, ona qarşı açılan qəyyumluq məhkəmə işi və “Qızıla Hücum” filmindəki kimi səhnələrin kommunizm təbliğatı olaraq şərh olunması kimi hadisələr bu kompaniyanı bir qalibiyyətə çevirdi və Çaplinin ABŞ-a girməsi qadağan olundu.

1966-cı ildə baş rollarını Marlon Brando və Sofi Lorenin oynadığı, həm ssenarisini yazdığı, həm də kiçik bir rolda göründüyü “A Countess from Hong Kong” (“Honk-Konqlu Kontes”) adlı filmini çəkir. 1972-ci ildəki ona verilən Oskar mükafatını almaq üçün ABŞ - a gedir. 1975-ci ildə 86 yaşında olanda İngiltərə Kraliçası II Yelizaveta tərəfindən cəngavər mükafatına layiq görülür.

O dövrlərdə sevgilisi Oona O` Neill onu tək qoymadı. Ailəsi ilə birlikdə İsveçrədə Vevey yaxınlarında Coriser –Sur-Veveydə yaşamağa başladı. Ölənə qədər də orada qaldı.

# 5684 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #