Avropaya getməkdən imtina edən əfqanlar - VİDEO

Avropaya getməkdən imtina edən əfqanlar - VİDEO
2 noyabr 2017
# 15:05

Sevda Sultanova

Vaxtaşırı bu suallarla güman ki, çoxumuz üz-üzə dayanırıq: Mənən ayaqda dayanmaqdan ötrü nələrə tutunmalı? Bizi ekzistensial xiffətə məhkum edən Azərbaycan reallığından necə qorunmalı?

Adətən gəldiyim ümumi nəticə bu olur ki, həyata tutunmaq, amansız gerçəklikdən qorunmaq üçün mütləq nəsə bir ideyan, başqa cür desəm alternativin olmalıdır. İdeya sözünü yuxardakı fikrilərimin kontekstini nəzərə alaraq, onu heç də böyük anlamla yükləmək istəmirəm. Niyə? Sosial-ailə konflikti zəminində baş verən intiharları, cinayətləri nəzərə alsaq, burda söhbət hər şeydən əvvəl adı məişət situasiyasında yaşamağa güc verən ideyadan gedir. Bu nə kimi ideyalar ola bilər?

Sualın daha dəqiq cavabını BBC-nin bu il ekranlaşdırdığı ”Əfqanıstan bağbanları” sənədli filmi verir.

Yarım saatlıq filmdə sadə əfqanlar təsvir olunur.

Filmin qəhrəmanlarından biri professor Omar və xanımıdır. O arvadıyla bütün ömrü boyu Kabildə yaşayıb.

Müharibəyə, həyatlarına təhlükə olmasına baxmayaraq ölkəni tərk etməyiblər. Sevgiylə, qibtəolunası tutquyla yaşadıqları ərazidə təbiətin qayğısına qalırlar. Kiçik həyətlərində növbənöv güllər becərir, heyvanlar saxlayırlar.

Digər qəhrəman Kabil yaxınlığındakı məşhur Babur park kompleksinin baş bağbanı Əbdül Lətif Kohistanidir. O, uzun illərdir burda işləyir, hər bitkiyə doğma övladının qayğısına qaldığı kimi qalır.

Filmin başqa bir qəhrəmanı Həmidulla adında gənc oğlandır.

Onun yaşıdlarından çoxu dinc, yaxşı həyatdan ötrü Avropa ölkələrinə köç edib.

O, isə hər an ölümlə üz-üzə qalacağını bilə-bilə burda yaşamağı seçib. Hətta Taliban hücumları zamanı yaxın dostlarından birinin itirməyi belə onun fikrindən daşındırmayıb.

Həmidulla mənəvi ağrısını ideyaya çevirərək bağ salmağa başlayıb.

Universitetdə təhsil alan gənc hər gününü son gün kimi yaşayır. Hər əkdiyi, suladığı gülə son dəfə quluq edirmiş kimi qulluq edir.

Bu adamlara güc verən, onları ümidli edən, həyatdan soyutmayan sarıldıqları ideyadır, sevgidir. Bütün baxdıqda bağ salmaq, gül əkmək kiçik nəsnədir, hətta sadəcə məişət hadisəsidir, fəqət mahiyyətcə bəşəridir, insanidir. Çünki onlar böyük cəhənnəmdə öz kiçik cənnətlərini yaradırlar, müsbət enerji qaynağına çevirirlər. Öz kiçik, sevgi dolu dünyaları ilə şərə müqavimət göstərirlər.

Bu da özlüyündə bir mübarizə növüdür əslində.

Sadə əfqanlar təcrübləriylə mühüm bir şeyi anladır: ideya olmayanda və bu ideya sevgiyə söykənməyəndə həyat məzmununu itirir, şərə məğlub olmaq şansın artır və onun qarşısında əliyalın dayanmalı olacaqsan.

...Bu fikrin kinematoqrafiyada uğurlu bədii həllərindən biri fransız rejissoru Rober Bressonun “Dustağın həbsxanadan qaçışı” filmində əksini tapıb.

Faşistlər tərəfindən həbs olunan Fonten həbsxanadan qaçmağa hazırlaşır. Hətta əsirlərdən biri qaçmaq cəhdinə görə edama məhkum olunanda belə o, fikrindən dönmür, ciddi nəzarətin olduğu həbsxanada səbirlə, təmkinlə qaçışa hazırlıq görür. Və niyyətinə çatır.

Real hadisələrə əsaslanan ekran əsəri Fransa Müqavimət Hərəkatının üzvü Andre Devinyinin memuarları əsasında çəkilib.

Bresson bu mühüm həqiqəti təsvirin diliylə ustalıqla anladır: Azadsansa, ideyan varsa onu ən kiçik məkanda, ən məhdud şərtlərdə belə gerçəkləşdirə bilərsən.

Bu kontekstdə maraqlı bir faktla məqaləmi yekunlaşdırıram. İkinci Dünya Müharibəsi zamanı məşhur italyan rejissoru Roberto Rosselini rəsmən Vittorio Mussloninin rəhbəri olduğu kino-şirkətdə çalışırdı. Və orda çalışdığı müddətdə gizlin antifaşist məzmunlu reportajlar hazırlayırdı.

# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Prezidentin dostu, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz

Prezidentin dostu, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz

09:00 20 sentyabr 2024
Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?

Sevgilisini aldadan qadının faciəsi - O, ərindən niyə boşanmışdı?

17:00 19 sentyabr 2024
Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu

Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu

16:00 19 sentyabr 2024
100 milyon dollarlıq serial - Tezliklə

100 milyon dollarlıq serial - Tezliklə

12:45 18 sentyabr 2024
Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat

Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat

11:09 18 sentyabr 2024
Real hadisələrə əsaslanan 10 qorxu filmi

Real hadisələrə əsaslanan 10 qorxu filmi

17:00 17 sentyabr 2024
#
#
# # #