"Xaç atası"nın aktyoru vəfat etdi

"Xaç atası"nın aktyoru vəfat etdi
9 iyun 2026
# 18:13

Amerikalı aktyor Entoni Quidera 61 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Məlumata görə, aktyorun ölümünə qəfil ürəktutması səbəb olub. Həyat yoldaşı Velerinin sözlərinə görə, Entoni evinin qonaq otağında qəfildən huşunu itirib. O, təcili xəstəxanaya yerləşdirilib və üç həftə ərzində süni tənəffüs aparatına qoşulu qalıb. Daha sonra isə həkimlər onu aparatdan ayırmaq qərarına gəliblər. Tibb işçiləri aktyorun ürəyinin niyə dayandığını hələ də müəyyən edə bilməyiblər.

Entoni Quideranın filmoqrafiyasında 30 ekran işi yer alır. O, tamaşaçılara daha çox "Xaç atası 3" və "Xaç atası. Epiloq: Maykl Korleonenin ölümü" filmlərindəki mühafizəçi Entoni rolu ilə tanışdır.

# 679 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinematoqrafiyası tarixində ilk - Telluride Film Festivalında nümayiş

Azərbaycan kinematoqrafiyası tarixində ilk - Telluride Film Festivalında nümayiş

16:45 8 sentyabr 2026
Çantasında narkotik tapılan, Harvardda oxumaq istəyən adam kim idi? - Hollivudun göstərmədiyi Amerika

Çantasında narkotik tapılan, Harvardda oxumaq istəyən adam kim idi? - Hollivudun göstərmədiyi Amerika

15:00 8 sentyabr 2026
"Blade Runner 2049"  "HBO Max"ın ən çox baxılan filmi oldu

"Blade Runner 2049" "HBO Max"ın ən çox baxılan filmi oldu

11:40 8 sentyabr 2026
Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

10:20 8 sentyabr 2026
"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər