Valeh Kərimov: "Moşu obrazı sənətimə kölgə saldı"

Valeh Kərimov:  "Moşu obrazı sənətimə kölgə saldı"
19 iyul 2023
# 17:30

“Biz bu sənətə gələndə nə maaş, nə ailə fikirləşirdik. İstəyirdik ki, arzu etdiyimiz rolları oynayaq. Mən o obrazlarla sənətə gəlmişəm. O qədər rol olub ki, onları oynamaq qismət olmayıb. Çünki xarici görünüşümlə həmin obrazlar uyğun gəlməyib. Mən axı xarici görünüşcə “Hamlet”, “Otello” deyiləm. Amma arzularım onları oynamaq olub. Kaş Allah məni elə görkəmdə yaradaydı ki, o rolları oynaya biləydim. Rejissorlar mənə baxan kimi deyəydilər ki, bu obraz Valehindir. Sənətə gələndə elə bilirdim ki, Cəfər Cabbarlının əsərləri ilə tanınacağam. Onların heç birində oynamamışam”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.

“Moşu” obrazı məni dala atdı, sənətimə kölgə saldı. Əlbəttə, “Bəxt üzüyü” filmindən sonra teatrda dramatik rollar canlandırmışam. Filmə gəlincə, rejissorlar deyiblər ki, sifət “Moşu”nundur. Onunla da film həyatım bitib. “Bəxt üzüyü” filminin çəkiliş meydançası o qədər gülməli və maraqlı idi ki... Buna baxmayaraq, təhlükəli məqamlar da az deyildi. Oradakı uşaqlardan biri Afaq Bəşirqızının öz oğlu idi. Əlavə iki qardaş da var idi. Fasilə verilmişdi, baş qarışmışdı, o uşaqlardan biri gedib dənizə girmişdi. Bir də gördük ki, haray-qışqırıq qopdu. Tez gedib uşağı xilas etdilər”.

Valeh Kərimov yenidən Afaq Bəşirqızı ilə səhnəni bölüşmək istəyindən də danışıb.

“Biz hər zaman bir-birimizə bağlı olmuşuq. Bir-birimizi yaxşı mənada başa düşmüşük. Arzum budur ki, Afaq xanımla yenidən eyni səhnəni bölüşək. Yeni tamaşalarda oynayaq, yeni işlərlə gündəmə gələk. Əlbəttə, belə bir təklif olarsa, şəxsən mən beşəlli razılaşaram”.

Sənətkar bəzi hərəkətləri qüruruna sığışdırmadığını bildirib.

“Heç vaxt qapı döyməmişəm. Mən bunu edə bilmirəm. Edənlərə də pis baxmıram, qınamıram”.

Valeh Kərimov həyat yoldaşının ölümündən də danışıb.

“Həyat yoldaşımın ölümünü təbii qarşıladım. Ağır xəstəlikdən əziyyət çəkirdi. Bəlkə də, övladlarım hazır deyildilər, amma mən hazır idim. Qardaşlarım da cavan yaşlarında rəhmətə gediblər. Artıq təcrübəm var idi. Bilirdim ki, yoldaşım bu xəstəliklə bir-iki ay yaşaya bilər. İkinci dəfə evlənmədim, bunu özümə sığışdırmadım. Mənə görə, kişi bir dəfə evlənər”.

Moderator.az

# 4787 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər