Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri
6 may 2026
# 10:07

Türkiyədə təşkil olunan Azərbaycan Kinosu Günləri çərçivəsində silsilə tədbirlər başlayıb.

Kulis.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ARKA və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Kino günlərinin açılış mərasimi və ilk film nümayişi Ege Universitetində reallaşıb. Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim edilib. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.

Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur. Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.

Proqram çərçivəsində "Buta", "Cənnət yuxusu" və "Zəfər rəqsi" filmləri də nümayiş olunacaq.

# 776 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər