Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi
29 oktyabr 2025
# 10:58

Kult filmlərin müəllifi, ssenarist və rejissor Kventin Tarantino uzun müddətdən sonra aktyorluq edəcək.

Kulis.az xəbər verir ki, o, britaniyalı rejissor Ceymi Adamsın “Only What We Carry” adlı yeni filmində əsas rollardan birini ifa edib.

Bu dəfə Tarantino Saymon Peqin canlandırdığı keçmiş müəllim Culian Consun illər sonra görüşdüyü dostu Con Persi obrazını canlandıracaq. Persinin qəfil gəlişi filmin dramatik xəttini dəyişdirəcək, hadisələrə yeni istiqamət verəcək. Normandiyanın küləkli sahillərində baş verən hadisələr zamanı personajlar keçmişləri ilə üz-üzə qalacaqlar.

Film sentyabrın sonunda Fransanın sahil şəhəri Dovildə cəmi altı günə, az büdcə ilə çəkilib. Təbii aktyor oyunları üzərində qurulan bu layihədə Saymon Peq, Şarlott Qensbur, Sofiya Butella, Liam Helmann və Lizzi MakAlpayn kimi tanınmış sənətçilər da çəkiliblər.

Rejissor Ceymi Adamsın sözlərinə görə, filmin estetik quruluşunda Fransız Yeni Dalğa cərəyanınım görkəmli nümayəndəsi Erik Rumerin təsiri açıq şəkildə hiss olunur:

“Normandiyada Erik Rumer üslubunda film çəkmək həmişə arzum idi. Bu layihə bizə müstəqil kinematoqrafiyanın yaratdığı azadlığı tam şəkildə yaşamağa imkan verdi”.

Saymon Peq “Variety”yə açıqlamasında layihəni “yaradıcılıq baxımından yenidən məktəbə qayıtmaq” kimi dəyərləndirib:

“Erik Rumer və Mayk Li üslübünda istedadlı insanlarla işləmək mənim üçün inanılmaz dərəcədə zəngin və zövqlü bir təcrübə oldu.”

Ceymi Adams “Only What We Carry”ni müstəqil kinonun ruhuna sadiq qalan nadir layihələrdən biri kimi xarakterizə edir. Kventin Tarantinonun uzun fasilədən sonra aktyor kimi qayıdışı isə həm kinosevərlərin marağına səbəb olub.

# 1160 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər