“Sözün varsa, de!” filminin çəkilişləri davam edir

“Sözün varsa, de!”  filminin çəkilişləri davam edir
29 aprel 2026
# 15:37

Rejissor Samir Kərimoğlunun “Sözün varsa, de!” adlı tammetrajlı bədii filmi hazırda çəkiliş mərhələsindədir.

Kulis.az xəbər verir ki, “Seyidbəyli film” tərəfindən istehsal olunan ekran əsərinin xronometrajı 120 dəqiqə olaraq nəzərdə tutulub.

Dram janrında olan layihənin rejissoru və ssenari müəllifi Samir Kərimoğlu, quruluşçu operatoru İman İmanov, quruluşçu rəssamı Səbuhi Atababayev, bəstəkarı Nazim Məmmədov, baş prodüser Seymur Seyidbəyli, icraçı prodüser Hacıağa Qurbanov, xətt prodüseri Murad Muradov, qrim rəssamı Səda Cəlil, geyim rəssamı Olqa Şabanovadır. Rollarda Gülzar Qurbanova, Rəşad Mikayılzadə, Aygün Fətullayeva, İffət Əsgərov, Səmimi Fərhad, Niyaz İlyasoğlu və digər aktyorlar çəkilirlər.

Filmin qısa məzmununa görə, “Sözün varsa de!” milli-mənəvi dəyərləri, klassik söz ədəbiyyatını və zəngin folklor irsini müasir kino dili ilə təqdim edən dramdır. Süjetin mərkəzində səmimi və çətin sınaqlardan keçən bir sevgi hekayəsi dayanır. Bu sevgi yalnız qəhrəmanların taleyini deyil, illərdir davam edən köhnə düşmənçiliyin gedişatını da dəyişir. Film göstərir ki, nifrətdən doğulan münaqişələr yalnız səmimi söz, anlayış və bağışlamaqla sona çata bilər.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilir.

# 1006 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər