“Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olundu

“Sirli xəritə. Şamaxı macəraları”  animasiya filmi təqdim olundu
22 aprel 2026
# 11:20

Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos” animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events” Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.

“Harmony of Chaos” animasiya və vizualizasiya studiyasının rəhbəri, “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. O bildirib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.

“Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlı hadisələr vasitəsilə sevdirməkdir”,- deyə A.İbrahimov söyləyib.

Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.

Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov AZƏRTAC-a açıqlamasında deyib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevgini daha da artıracaq. "Qədim Şamaxının tarixi barədə olan bu 10 dəqiqəlik animasiya filmi üzərində 10 aydır işləyirik. Ekran işi maraqlı vizual həlli ilə uşaqların diqqətini cəlb edəcək", - deyə o əlavə edib.

Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov isə deyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm də əyləncəli olub. O qeyd edib ki, “Sirli xəritə” animasiyası serialdır və davamlı olacaq.

"Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətə çatdırıb.

Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.

# 800 dəfə oxunub

Oxşar xəbərlər

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

Sandra Bullok və Nikol Kidmandan izləyicilərə sürpriz: Yeni film gəlir

18:00 3 avqust 2026
"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

"Warner Bros." şirkəti "Barbie" filminin davamı üçün Qoslinqə 20 milyon dollar ödəyəcək?

16:50 3 avqust 2026
Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

Məşhur aktrisa Özge Gürel "44" filminin baş rolunda

10:46 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər