“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyənləşdi
17 iyul 2026
# 15:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin finalçıları müəyyənləşib.

Kulis.az xəbər verir ki, ittifaq artıq bir neçə ildir ssenari müsabiqələri təşkil edir. Bu təşəbbüs ölkədə ssenari yaradıcılığının inkişafına dəstək olmaq, müəlliflər arasında sağlam rəqabət mühiti yaratmaq və yeni ssenari müəlliflərinin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Müstəqillik dövrü Azərbaycan kinosunun əsas problemlərindən biri təkcə uşaqlar üçün deyil, həm də baş qəhrəmanı uşaq olan böyüklər üçün filmlərin azlığıdır. Bu səbəbdən Azərbaycan Kinematoqrafçılar İttifaqı builki ssenari müsabiqəsini baş qəhrəmanı uşaq (15 yaşadək) olan tammetrajlı bədii film ssenarilərinə həsr edib.

Müsabiqə çərçivəsində 39 ssenari təqdim olunub. Texniki tələblərə uyğun olmayan 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb.

Müsabiqənin qalibləri avqustun 2-si açıqlanacaq. İlk üç yerin qalibi mükafatlandırılacaq.

# 447 dəfə oxunub

Oxşar xəbərlər

Sevgilisi həlak oldu, kirayədə yaşadı - Kianu Rivz niyə metrodan istifadə edir?

Sevgilisi həlak oldu, kirayədə yaşadı - Kianu Rivz niyə metrodan istifadə edir?

16:00 2 sentyabr 2026
“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar

“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar

12:20 2 sentyabr 2026
"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film

"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film

11:20 2 sentyabr 2026
İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər