“Mənim evim” beynəlxalq təlim proqramında

“Mənim evim”  beynəlxalq təlim proqramında
3 noyabr 2025
# 17:26

“Mənim evim” sənədli film layihəsi CHANGE 2025–2026 birgə istehsal (co-production) təlim proqramına seçilib.

Kulis.az xəbər verir ki, təlimlər bu ilin noyabrın 8-dən 12-dək, 2026-cı il yanvarın 14-dən 18-dək Moldovada, gələn ilin martında isə Danimarkada təşkil olunacaq.

“Mənim evim” sənədli filmi layihəsi bu il CHANGE proqramına Azərbaycandan seçilən yeganə layihədir. Layihə dram janrında, proses xarakterli müşahidə üslubundadır və hazırda inkişaf mərhələsindədir. Layihənin ssenari müəllifi və rejissoru Ülviyyə Əhmədova, prodüseri Nicat Dadaşov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

Layihə 1989-cu ildə evini tərk etmiş Vəlinin 36 il sonra öz evini və ailəsinin məzarını görmək üçün etdiyi səyahətdən bəhs edir. Film 75 dəqiqədir və 12 yaşdan yuxarı izləyicilər üçün nəzərdə tutulub. Ekran əsərinin nümayişi 2027-ci ilə planlaşdırılır.

Xatırladaq ki “Mənim evim” layihəsi bu il Azərbaycan Kinematoqrafçılar İttifaqının AKİDocs layihəsinin qaliblərindən biri olub və Sarayevoda keçirilən nüfuzlu WARM Festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihəyə maliyyə dəstəyi ayırıb.

Qeyd edək ki, CHANGE proqramı CPH:DOX, EAVE (European Audiovisual Entrepreneurs) və IMS (International Media Support) tərəfindən təşkil olunur. Proqram Avropa və Şərq Tərəfdaşlığı ölkələrindən olan kinorejissor və prodüserlərə layihələrini beynəlxalq səviyyədə təqdim etmək, qlobal kino sənayesi ilə əlaqələr qurmaq və regional birgə istehsalları təşviq etmək imkanı yaradır. İştirakçılar həmçinin layihələrinin məzmununu dəqiqləşdirir, maliyyə modellərini və istehsal mühitini öyrənir, eyni zamanda beynəlxalq bazarda fəaliyyət göstərmək bacarığı qazanırlar.

“Mənim evim” komandası proqram çərçivəsində co-prodakşın təlimləri seriyasında iştirak edəcək.

# 1104 dəfə oxunub

Oxşar xəbərlər

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır

Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır

11:30 23 may 2026
WUF13 çərçivəsində Naxçıvan haqqında sənədli filmin təqdimatı oldu

WUF13 çərçivəsində Naxçıvan haqqında sənədli filmin təqdimatı oldu

14:44 21 may 2026
Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

Əfsanəvi rok ulduzunun yeni filminin adı açıqlandı

14:01 21 may 2026
“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər