İdris Elbadan Ceyms Bondla bağlı sərt açıqlama: "Qaradərili agenti qəbul etməyəcəklər"

İdris Elbadan Ceyms Bondla bağlı sərt açıqlama: "Qaradərili agenti qəbul etməyəcəklər"
9 iyun 2026
# 14:30

Aktyor İdris Elba Britaniyanın "GQ" jurnalına müsahibəsində onun 007 agenti roluna nəzərdən keçirildiyi barədə yayılan şayiələri təkzib edib.

Kulis.az xəbər verir ki, "Lüter" serialının ulduzu onun namizədliyi ilə bağlı söhbətlərin heç vaxt ciddi olmadığını qeyd edib və personajın siyasi kontekstdə dəyişdirilməsinə qarşı çıxıb.

Aktyor məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

"Ceyms Bondun indiki kimi yazılmasının bir səbəbi var. Qəhrəman bütün dünyada populyardır və heç də bütün tamaşaçılar bu rolu qaradərili bir kişinin, afrikalının oynaması ilə razılaşmayacaq. Bu onların mədəniyyətinə yaxın bir şey deyil".

Aktyor hesab edir ki, personaj Yan Fleminq tərəfindən yaradılmış orijinal obrazdan çox uzaqlaşmamalıdır:

"Bond o qədər qeyri-realdır ki, reallığa bir işarə etmək yaxşıdır, lakin onu "proqressiv" etməyə çalışmaq lazım deyil. Mahiyyətə sadiq qalmaq lazımdır: bu bir eskapizmdir".

Yeni Ceyms Bond kim olacaq?

Yeni "Bond" filminin rejissoru Deni Vilnyov, ssenaristi isə Stiven Nayt olacaq.

Baş rolu kimin ifa edəcəyi isə hələlik dəqiq məlum deyil. Lakin "Variety" nəşrinin məlumatına görə, 26 yaşlı aktyor Tom Frensis artıq sınaq çəkilişlərindən keçib.

Həmçinin potensial namizədlər arasında Aaron Teylor-Conson, Ceykob Elordi və Kallum Törner kimi məşhur aktyorların da adları hallanır:

# 546 dəfə oxunub

Oxşar xəbərlər

Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

Növbəti Ceyms Bond artıq seçilib - Qari Oldman yeni agent haqqında

10:20 8 sentyabr 2026
"Namazov" filminin treyleri yayımlandı

"Namazov" filminin treyleri yayımlandı

17:35 7 sentyabr 2026
Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

Türkiyə kinosunun məğlubedilməz qəhrəmanı – Cüneyt Arkının 5 məşhur rolu

17:00 7 sentyabr 2026
“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq

15:33 7 sentyabr 2026
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb

14:30 7 sentyabr 2026
“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

“IV Divar” serialı tamaşaçılara təqdim olunacaq

14:00 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər