Kitab sərgisi

Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”

Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
26 yanvar 2021
# 10:26

“Karantin günlərində evdə çox oluram. Mən ümumiyyətlə səhhətimlə bağlı son dövrlər evdə oluram. İndi də işsizlik, karantin günləridir.”

Bu sözləri Kulis.aza açıqlamasında Xalq artisti Rasim Balayev söyləyib. O daha sonra bunları deyib:

“Əlbəttə, yorucu və darıxdırıcıdır. Mən də istəyirəm harasa gedim, dostlarımla görüşüm, söhbətləşim. Aktiv internet istifadəçisi də deyiləm. Evim həyət evidir. Elə evdə, həyətdə fırlanıram, hərdən televizora baxıram. Öz kanallarımıza baxmıram, başqa kanallardakı verilişləri izləyirəm. Rastıma çıxanda öz filmlərimə də baxıram.”

R.Balayev özünün çəkildiyi filmlərlə də bağlı danışıb.

“Məxsusi opturub öz çəkildiyim filmə baxım, belə şey olmur. Rastıma çıxanda baxıram və pis oluram. Ona görə ki, mənimlə tərəf-müqabili olan, mənimlə işləyən insanların çoxu artıq həyatda yoxdur. Kədərlidir bu. O dövrün kino adamları fəhləsindən tutmuş ən böyüyünə qədər hamısı böyük ürək sahibi idilər. Həsən Seyidbəyli ilə mən bir neçə filmdə işləmişəm. Məni filmə gətirən, məşhur edən də o olub. Ona görə də ona özümü borclu hiss edirəm. Yadıma gəlir, “Nəsimi” filmindən sonra “Babək” çəkilməyə başladı. Filmi əvvəlcə Həsən müəllim çəkirdi, sonra ondan aldılar. Həsən müəllimin də çox yüksək şəkəri vardı. Xəstələndi, yatağa düşdü. “Babək” filmini başqa rejissor çəkdi. Çox adam yoxladılar, amma elə axırda yenə mənim üzərimdə dayandılar. Onda rəhmətlik Həsən müəllimlə dəhlizdə görüşdük. Mənə dedi ki, oğul, elə mən də səni Babək roluna çəkəcəkdim. O, düz deyirdi. Ona imkan vermirdilər məni çəksin, deyirdilər, Nəsimidən sonra Babəki niyə o çəkilsin? Mən əvvəl elə bilirdim, Həsən müəllim bizdən çox yaşlıdır. Sən demə, aramızda elə də yaş fərqi olmayıb. Sadəcə, ağayana, hökmlü kişi idi. İndi onları xatırlamaq kədərlidir.”

# 5451 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər