Ssenarimiz Ukraynada ən yüksək balı topladı

Ssenarimiz Ukraynada ən yüksək balı topladı
30 iyul 2021
# 11:05

Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən kinolayihələr müsabiqəsində ölkəmizi təmsil edən “Alagöz” layihəsi finala düşüb.

Kulis.az xəbər verir ki, layihə müsabiqəyə təqdim olunan 16 ssenari arasından seçilərək 6 qalib layhənin biri olub.

Cinex kino şirkətinin məlumatına görə, “Alagöz” layihəsi Ukraynanın Kino Məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə pitçinqdə ən çox bal toplayıb.

Finalçı filmlərin təqdimatını qiymətləndirən altı ekspertdən üçü Azərbaycan layihəsinə maksimum bal verib.
Qeyd edək ki, layihə prodüser və rejissor Mariya İbrahimova ilə birlikdə Ukraynadan olan prodüser Olqa Matat tərəfindən təqdim edilib.

Xatırladaq ki, “Alagöz” layihəsi Portuqaliyanın FEST New Directors/New Films festivalında da qalib gəlmiş, Odessa Beynəlxalq Film Festivalında təqdim edilmiş və Berlin Film Festivalının co-Production Market Talents bölməsində iştirak etmək üçün seçilmişdi.

Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən “Qarabağ. İnsan. Qələbə” ssenari müsabiqəsində də qalib gəlmişdi.

# 4680 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər