Filmimiz Venesiya festivalının əsas proqramında – İlk dəfə 

Filmimiz Venesiya festivalının əsas proqramında – İlk dəfə 
28 iyul 2020
# 16:43

Bu il keçirilən Venesiya film festivalının əsas müsabiqəsində Qızıl Şir mükafatı uğrunda yarışacaq filmlər sırasında Azərbaycanla Amerikanın birgə istehsalı olan, rejissor Hilal Baydarovun quruluş verdiyi “Səpələnmiş ölümlər arasında” filmi də var.

Azərbaycan kino tarixində ilk dəfədir ki, filmimiz A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallara qatılıb. “Adsız yüksəkliklər” bədii filmi Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında, “Xurmalar yetişən vaxt” 25-ci Sarayevo Kino Festivalında, “Ad günü” filmləri Belçikanın “Bridges” film festivalında nümayiş olunmuşdu.

Rejissorun “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur.

Filmin yaradıcı heyəti: Ssenari: Rəşad Səfər, Hilal Baydarov, rejissor Hilal Baydarov, təqdim edənlər Elşən Abbasov, Hilal Baydarov, birgə istehsalçılar Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserlər Danny Glover, Susan Rockefeller, əlaqələndirici prodüser Sarah D’Hanens, görüntü rejissoru Elşən Abbasov, bəstəkar Kənan Rüstəmli, operator Orxan Həsənov.

Rollarda iştirak edirlər: Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İsaqov, Gülnaz İsmayılova, Gülarə Hüseynova

Yeri gəlmişkən, bu il keçiriləcək 77-ci Venesiya kinofestivalı, koronavirus böhranından sonra ilk böyük beynəlxalq kino hadisəsi olacaqdır. Dünyanın ən qədim film festivalı olan Venesiya hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Əsas mükafatları: Qızıl Şir (ən yaxşı filmlərə verilən mükafat), Volpi kuboku ( ən yaxşı aktyor və aktrisalara verilən mükafat).

Festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq. /Aki.az/

# 4688 dəfə oxunub

Oxşar xəbərlər

Maqsud İbrahimbəyovun  filmlərinin nümayişinə başlanılıb

Maqsud İbrahimbəyovun filmlərinin nümayişinə başlanılıb

12:10 11 sentyabr 2025
“Mavi dənizin sahilində”  filminin 90 yaşı tamam olur

“Mavi dənizin sahilində” filminin 90 yaşı tamam olur

10:30 11 sentyabr 2025
"Bu film sadəcə bir kəndin taleyi deyil, həm də..." - Tahir Tahiroviç

"Bu film sadəcə bir kəndin taleyi deyil, həm də..." - Tahir Tahiroviç

17:23 10 sentyabr 2025
Azərbaycanlı rejissorun film layihəsi Linz Film Talant Akademiyasına seçildi

Azərbaycanlı rejissorun film layihəsi Linz Film Talant Akademiyasına seçildi

16:20 10 sentyabr 2025
Corco Armaninin həyatından bəhs edən film çəkiləcək

Corco Armaninin həyatından bəhs edən film çəkiləcək

15:10 10 sentyabr 2025
Cinayət jurnalistinin materialları əsasında film  hazırlanır

Cinayət jurnalistinin materialları əsasında film hazırlanır

13:50 10 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər