Vaqif İbrahimoğlu: “Allaha, ruhuma, sevdiyim insanlara...”
20 iyun 2011
11:18
Hələ may ayı olsa da, hava yaman isti idi. Mayın 12-nə, heç istəmədiyim o günə çox az, bir-neçə gün qalmışdı. Ürəyimə dammış kimi rahatlığım yox idi. Bütün dost-tanışa demişdim ki, Vaqif İbrahimoğlu mənə telefon açıb “sənə sözüm var”-deyib, yanına getməyimə isə izn vermir, deyir lazım biləndə özüm çağıracağam. Qorxuram, birdən... Allah eləməmiş xəstəliyi aman verməz, mən əzabdan yaşaya bilmərəm. Hamı da deyirdi ki, get xəstəxanaya-yanına, onun çağırmağını gözləmək düzgün deyil, axı insanın ümidi tükənmir, o, ümid edir ki, sağalmaz xəstəlikdən ayağa qalxacaq. Bu qərarsızlıq burulğanında ikən telefonum zəng çaldı. Ekranında “İbrahimoğlu” yazıldığını görəndə elə sevindim ki, elə bil zəng vuran mənə “xərçəngə qalib gəldim” deyəcəkdi. “Gəl, saat 17.00-da gözləyirəm, amma əlində nə isə gətirsən, başına çırpacağam”. Saatın 17.00 olmağını xəstəxananın həyətində gözlədim. Əlimə bir dəstə gül bağlatdırıb almışdım ki, özünə də deyim-başıma çırpsa, heç olmasa ağır olmasın. Çiçəkləri palataya aparmağa qoymadılar. Sən demə, divarları da ölüm qoxan onkoloji xəstəxananın palatasına çiçək aparmaq da olmazmış.
Çox sənətkarlar tanıyıram, onların arasında şəxsiyyəti sənətkarlar var ki, xüsusi sevgiyə layiqdirlər. Rəhmətlik Həsənağa Turabov, Allah can sağlığı versin Fuad Poladov da belə şəxsiyyətli sənətkarlardandır. Bu siyahını ortasında Həsənağa Turabovdan sonra mənim aləmimdə onun dostu Vaqif İbrahimoğlu dayanırdı. İllər üstündən qayaya çırpılıb hər dəfə də onu oyuqlayub bir çınqıl qoparan dalğalar kimi gəlib keçməsinə rəğmən Vaqif İbrahimoğlu şəxsiyyətinin bütövlüyündən bir zərrə qopara bilmədi. Bu əsrarəngiz şəxsiyyət və sənətkarla ilk dəfə telefonla danışanda dilim topuq çalıb “Vaqif müəllim” əvəzinə “İbrahim müəllim”- deyə müraciət etmişdim. Gəncəcik, əlinə yenicə qələm alan jurnalist idim, artıq bütün teatrlarla əlaqəm, informasiya mübadiləm vardı, zəhmindən Vaqif müəllimə zəng vurub əlaqə yaratmağa cəsarətim çatmırdı. Bu səbəbdən də elə ilk zəngimdə də çaşdım. O da o atamın adıdır, mənmki Vaqifdir - dedi. Ondan sonra nə danışdığımız o vaxt kimi indi də yadımda deyil, utandığımdan dilim tutulmuşdu deyəsən. O yadımdadır, daha bir də o nömrəni yığmadım.
Bir gün həmin nömrə məni işdə telefona çağırdı. Telefon dəstəyini qulağıma yaxınlaşdıranda inanmadım. Mən nə karəyəm ki, Vaqif İbrahimoğlu mənə zəng edib, üstəlik, təşəkkür edir. Təşəkkür edir ki, Həsənağa Turabov barədə yazdığım yazı xoşuna gəlb: “Qızım, çox gözəl qələmin var, belə də davam et, sınma, mühitə düşmə, kütləyə tabe olma, tabe edənlərdən ol”. O, sağollaşıb dəstəyi asmışdı, amma mən hələ özümə gəlməmişdim. İnana bilmirdim ki, mənim yazımı o boyda şəxsiyyət bəyənib. Sonralar gördüyü işlər barədə ilkin informasiyalar verməklə, mənə inamla, etibarla, məsləhətləri ilə şərəfləndirdi. Bir çətinliyə düşəndə ilk yadıma düşən o ustad oldu. Saatlarla mənə məsləhətlər verməkdən, yol göstərməkdən yorulmadı, usanmadı. Həm peşəmdə, həm həyatımda böyük dost oldu mənə. Çətinliklərə düşəndə əlimdən tutdu, ikicə kəlmə ilə mənə mənəvi güc verdi. Vaqif İbrahimoğlu ilə dostluğum sayəsində işimdə, həyatımda uğurlarımın sayı çox oldu. Sınmamağı, əyilməməyi, haçalanmamağı öyrəndim. Onun simasında şəxsiyyətli qalmağın mümkünlüyünü bildim.
Bu qədər qüdrət sahibi özü uşaq kimi sadə, saf, təmiz, təmannasızdı. Ad günündə zəng edirdin ki, təbrik edəsən telefonu açıb adamı qabaqlayırdı “Uzun ömür, can sağlığı, işimdə uğurlar, hə, çox sağ ol”, - deyib telefonunu qapadırdı.
Bir dəfə hal-əhval tutmaq üçün zəng elədim, çoxdan zəng etməmişdim. Telefonu açıb mənə “zəhrimar”,- dedi, - hardasan?”
Həmin “zəhrimar” Vaqif müəllim ağır xəstə yatanda mənim tələbatıma çevrilmişdi. Telefonu cavab vermirdi, elə arzu edirdim ki, açıb bicə kəlmə “zəhrimar” deyə biləydi.
Türkiyədə bir müddət müalicə alıb özünə gələndən sonra telefona cavab verə bildi. Məni qəhər boğduğunu hiss edib həmişəki kimi zarafata keçdi? “...ağlama ceyran, balası, ağlama...” İnsanda nə qədər həyat eşqi olar ki, öləcəyini bilə-bilə başqasına həyat eşqi, optimizm aşılaya, heç nə olmayıbmış kimi hal-əhval tuta biləsən.
O gün mayın 12-nə hələ bir-neçə gün qalmış o xəstəxana palatasında dil-boğaza qoymadı Vaqif müəllim. Birnəfəsə danışdı, arada xanımından meyvə şirəsi istəyirdi, onu içərkən susur, sonra yenidən danışırdı. Elə bil tələsirdi, elə bil nəyisə unudub deyə bilməyəcəyindən ehtiyatlanırdı. O söhbətin bir hissəsini saytımızda müsahibə kimi vermişdim. Son müsahibə. Ondan çox az müddət sonra mayın 12-də Vaqif İbrahimoğlu bu günahkar dünyaya gözlərini əbədi yumdu. Öz dünyasına, sevdiyi ruh aləminə qovuşdu. Səcdə etdiyi Cəlaləddin Ruminin aləminə, amma bu aləmdə sevdikləri və onu sevənləri bir-bir çağırıb sözarası vidalaşmağı da unutmadı.
Bu gün yoxluğunun 40-cı günüdür. Bir az da başqa dostlarına danışmaq imkanı verim, yoxsa ruhu məni qınayar. Mən ölümdən belə vaxt alıb hamıya imkan yaratdım, sən yaratmırsan-deyər.
“Bir epizod mənə rahatlıq vermir”
Qardaşı rəssam Rəşid Şərif (Ona yaşadığı itkinin ağırlığı indi əsər etməyə başlayır. Heç kimə bir kəlmə demir, müsahibə vermir. Bizə bir-neçə kəlmə deməyə razılıq verdi. Birlikdə Vaqif müəllimin teatrdakı kabinetini açıb içəri girdik):
- Gözlərim qarşısından bir epizod heç çəkilmir. 40 gündür lent kimi yalnız o epizod təkrar-təkrar gəlib keçir, silib başqa şeyləri düşünmək istəyirəm, alınmır. Mən ondan 4 yaş kiçiyəm. Məktəbə birgə gedib-gələrdik. Balaca idim çəkmələrimin ipini deşiyinə keçirib bağlaya bilmirdim. Dizlərini qarşımda yerə atıb hər gün çəkmələrimi bağlayardı. Bu epizod mənə rahatlıq vermir.
“Qəribə təsadüf nəticəsində itirdik onu”
Dostu professorKamal Abdulla (Uzun illərin dostu olublar. Vaqif müəllim onun əsəsrlərini sevə-sevə oxuyub, zarafatla “vicdansız böyük şəxsiyyətdir”- deyirdi. Kamal Abdulla onun müalicə xərcinin çox hissəsini öz boynuna götürmüşdü):
- Etibarlı dost, gözəl sirdaş. 40 gün necə gəldi keçdi. Haqqında düşünürəm beynimdən o qədər fikirlər keçir ki, bilmirsən hansını dilə gətirəsən. Onunla çoxdan tanış olmuşuq. 2Dədə Qorqud” dastanına olan sevgi bizi yaxınlaşdırdı. Sonralar bu münasibətlər daha yaxın müstəviyə keçdi. Çox pyeslərimi səhnələşdirib. İlk pyesimin ilk rejissoru olub - “Unutmağa kimsə yox”. Sonra “Bir, iki, bizimki”, “Casus”, “Dəvə yağışı”, “Yarımçıq əlyazma” romanımı rus dilinə tərcümə etdi. İlk tərcümə işi idi. Moskvada o əsərin çox sayda müzakirələri oldu. PEN-klubda o əsərin müzakirəsinə bir yerdə getmişdik. Çox sevinirdi, yalnız dostu üçün deyil, Azərbaycan ədəbiyyatının qələbəsi üçün. Onun tərcüməsini çox bəyənmişdilər. Əsərdə elə yerlər vardı ki, məncə onu tərcümə etmək olmazdı, Vaqif onları da tərcümə edə bildi. Tərcüməsini bir həftə bir yerdə oxuduq. Mübahisələrimiz oldu, bəzi məqamlarda o, məni razı sala bilirdi, bəzi məqamlarda mən deyən olurdu. Orda bir yer var Çaldıran döyüşü səhnəsini mən bir-neçə səhifədə təsvir etmişəm. Vaqif bir cümlə verib- “şli ojestoçonnıe boi”. Deyirəm, Vaqif, bu nədi? Deyir, təsvirin hamısını bu verir. Sonra o döyüşü sözbəsöz tərcümə etdi. Mənim sözə münasibətim ona ifrat görünürdü. Ədəbiyyat adamı sözün tərəfindədir, teatr adamı hərəkətin. Mənim “Dəvə yağışı” hekayəmi tamaşaya qoydu. Hekayə özü əndrəbadi bir şeydir. Təbii ki, Vaqif əlini nəyə vursaydı, ondan ortaya nə isə çıxarırıdı. Tamaşadan sonra dedim ki, bir daha əmin oldum ki, sənin yaradıcılığının bir hissəsi sözlə mübarizədir. Mən təkid edəndən sonra dedirtdiyin sözü elə bir hərəkətin fonunda verirsən ki, orda söz mənasız olur. Baxdı üzümə, heç nə demədi. Üstündən bir ay keçmiş məni “Dəvə yağışı”nın yeni versiyasına dəvət etdi. Getdim, gördüm ki, tamaşada söz yoxdur, yalnız hərəkətdir. Vaqif budur. Ünsiyyətdə üzə çıxan hər hansı bir detalı sənətə gətirirdi. Sənətin də bərq vuran işıltılarını həyata gətirərdi. Çox qəribə təsadüf nəticəsində itirdik onu. Mən belə adlandırardım. Bizdə həkimlərin başı hansı xəstəlikdən çıxmırsa deyirlər ostreoxondrozdur. Vaxtında düzgün diaqnoz qoyulsaydı, belə olmazdı. Ona Türkiyədə də bunu dedilər.
“Vaqif çox yaşaya bilməzdi, çünki özünü sərf etməklə, yanmaqla məşğul idi”
Dostu sənətşünas Məryəm Əlizadə (Bir kursda oxuyublar. Hər ikisi Tofiq Kazımovun tələbəsidir. Dost olublar. Həyatının son günlərində Ankara xəstəxanasında Məryəm onu tək qoymayıb. Hər dostun edə bilməyəcəyi humanistlikdir):
- Onun portretini cızmaq üçün cildlərə sığacaq sözlər lazımdır. Onu bir səhraya qoysaydın, oranı canlandırardı, səhrənı cənnətə çevirərdi. Vaqifdə belə bir sehirbazlıq vardı. Üç ay Ankarada Qazi xəstəxanasında qaldıq. Bakıya qayıdanda xanımı soruşdu ki, səni çox incitdi. Dedim, yox, hər gün yeni mövzularda söhbətlər açırdı, yeni biliklər verirdi. Ortaya çıxan suallar özünə də maraqlı olurdu, deyirdi ki, gedək arxasınca görək bu anlayış nəyi özündə ehtiva edir. Çözürdü və dəryaları açırdı. Cild-cild kitablar oxusaydın, Vaqif müəllimin bir kəlmə ilə açdığı həqiqətə uzun yol getmiş olardın. Cavanşir Quyliyev gəldi yanımıza, dedi ki, Kiprdə bir dramaturq var, səni axtarır. Deyir ki, mənə peşəmin sirrini beş kəlmə ilə açan Vaqif İbrahimoğlu adlı rejissoru axtarırıam. Nömrəsini verdi, o, dramaturq zəng elədi, saatlarla təşəkkür etdi ki, sizing sayənizdə bu gün tanınmış dramaturqam. Həftədə iki dəfə gəlirdi Vaqifin yanına. Palatanın qabağından keçənlər dönüb deyirdilər ki, biz ankalogiyada heç vaxt belə gülüş sədaları eşitməmişik. Hər gün çiçəklər, tort, çoxlu insanlar. Elə bil konfrans zalıdır. İki günə hamı orda Vaqif müəllimi tanıdı. Həkimlər üçün də onunla hər gün işdən qıraq saatlarda görüşüb, söhbət etmək zərurətə çevrilmişdi. Həkimi deyirdi ki, mənə elə gəlir onun güclü xarakteri xəstəliyi yenəcək. Bu insan bir dəfə xəstəliyindən danışmadı, yalnız optimist söhbətlər edir, planlar qururdu.
O, Azərbaycan teatrına yeni qan verdi, “Yuğ” teatrından bütün teatrlara yeni qan gedirdi. Hamı onun nəzərlərindən çəkinirdi, ona zay məhsul göstərmək olmazdı. Bura gələn insan yenə gəlirdi. Ziyalıların, düşüncə insanlarının, mənəviyyatı üstün tutanların məkanı idi. Bizim hamımızı qoruyurdu. Yetirmələri ona ömürlərini verməyə hazır idilər, mümkün olsaydı. Hamısının baxışlarından onu oxuyurdum. Biz uzun illər dost olmuşuq, bir dəfə ondan inciməmişdim. O qədər yüksək mənəviyyat sahibi idi ki. Mənim üçün meyar bundan sonra da onun nə deyəcəyi olacaq. Vaqif müəllim buna nə deyərdi. Bu o deməkdir ki, Vaqif bizim içimizdədir. Zaman keçdikcə Vaqifin dəyəri artacaq. Teatr məkanına gəldi və getdi. O, çox yaşaya bilməzdi, çünki özünü sərf etməklə, yanmaqla məşğul oldu. Ölənə qədər ölümün adını çəkmədi. Bir dəfə son vaxtlar “Yuğ”a gəlmək istədi, gətirdik. Uşaqların gözlərindən nə oxudusa dedi ki, darıxmayın, mənim də həyat süjetimin sonluğu belə yazılıbmış. Xırdalıqlara varmağı həyatda sevməzdi, yalnız sənətin xırdalığına, incəliyinə varardı. Həmişə deyirdi ki, Allaha, ruhuma, sevdiyim və məni sevən insanlara tapınmışam.
“O bizim müəllifimizdi, bizi mahir memar kimi yondu, yapdı”
Aktyor Vidadi Həsənov:
- Onun haqqında kədərlə danışmayacam. Ömrünü hazırladığı tamaşalar kimi yaşadı. Müəllimin tamaşalarında hər zaman yumor vardı, sevgi duyulurdu. Onun iti ağlı, hazırcavablığı, özünəməxsus yumoru , heç kimə bənzəməyən şəxsiyyəti vardı. Paradoksal rejissor olduğu kimi paradoksal da insan idi. Heç vaxt bir halda olmazdı. İşləyəndə, çay içəndə, acığım gələn siqarertini çəkəndə ayrı-ayrı hallarda olurdu. Bizim dünyanın ölçülərinə sığmırdı, onun öz ölçüləri vardı. Nəyisə şişirtmirəm, özünün sağlığında bunları demədik, deməyə imkan da verməzdi. Hiss edən kimi onu tərifləmək istəyirsən, adamın ağzından vurardı.
Vaqif İbrahimoğlu bizim hər birimizin müəllimi və müəllifidir. “Yuğ”a gələndə yöndəmsiz daş parçaları idik. O bizi mahir memar kimi yondu, artıq olanı atdı, cilaladı. Bir çox müəllimlər bununla işlərini bitmiş hesab edirlər. Vaqif İbrahimoğlu bununla kifayətlənmədi. Bizə nəfəs, qan, ruh da verdi. “Yuğ”un aktyorları başqa sənətçi dostlarımızdan fərqlənir. Bu onun əməyidir. Azərbaycan teatr, kino məktəbinə nəzər salsaq, kimin yolu “Yuğ”dan keçibsə, nə isə özəllikləri vardı. Yaxşı ustad hamını bir-birinə deyil, hər kəsi özünə bənzədir. Biz onun sayəsində hər birimiz özümüzük. “Yuğ” teatrı yalnız teatr deyildi, bir məktəb idi ki, ordan yalnız aktyorlar keçməyib, rejissorlar, müəllimlər, sənətşünaslar, jurnalistlər də bəhrələnib. Şəxsən mənə həqiqətdən ölməməyi də öyrətdi. O həyatın reallığı ki, səni məhv etməyə çalışır, ona qarşı durmağı öyrətdi. Həm yaradlcılığı, həm də şəxsi nümunəsi ilə. Mən ruha inanıram, öz sənətimin vacibliyinə inanıram, öz müəllimim kimi.
“Elə bilirəm harasa məzuniyyətə gedib, yolunu gözləyirəm”
Qızı Umay Həsənova:
- Atamı itirməyimdən çox az vaxt keçib. Hələ o itgini dərinliyi ilə hiss etmirəm. Elə bilirəm harasa məzuniyyətə gedib, qayıdıb yenə təəssüratlarını danışacaq. Onu gözləyirəm. O məni çox istəyirdi, mən də onu. Ona çox bənzəyirəm, həm zahirən, həm də daxilən. Ona görə də bizim dialoqlarımız bəzən sözsüz keçirdi. O, başladığı sözü mən tamamlayardım, ya da əksinə. Uşaqlıqdan mənimlə dost olub. Ümumiyyətlə, uşaqla dil tapandır. Onunla uşaqlığım çox xoşbəxt keçib, oyun kimi. “Ad gün”lərimi bayrama çevirərdi. Kağızlarda yazıb qoyurdu, o işarələrlə gedib qoyduğu hədiyyə-sürprizi tapardım. Sonra da sənət seçimində məni yönəltmədi, özüm seçdim. Atamın bütün peşələrdən məlumatı vardı. Kvant fizikasından danışsan, ordan da məlumat verərdi. Məni sənət seçimimdə dəstəklədi, kömək etdi. Rəssam olacağımı biləndə bir onu dedi ki, istəyirsən teatr rəssamı olarsan. İş elə gətirdi ki, mən Çexovun “Albalı bağı”nı diplom işi kimi işlədim. Diplam tamaşama baxanda, dedi ki, bu tamaşanı hazırlayaram, çoxdandır Çexova müraciət etməmişəm. Mənə dedi ki, sən bütünlüklə ağac təsvir etmisən, amma əsərdə ağacdan danışılsa da bir dənə də ağac təsvir olunmur. İçimdə atamla çox söhbət edirəm, onun cavabları da olur. Cavablarını özüm uydururam. Atam xöşbəxt adam idi, xoşbəxt də getdi. Ondan xoş xatirələr qalıb, olmayanları da indi yaşayıram, həmişə mənimlədir.
“Müəllim ruhumuzdan getdi, yeri çox görünür”
Yetirməsi aktrisa Yaqut Paşazadə (Birinci kursdan ona dərs deyib. “Yaqa” –deyə müraciət etdiyi bu qız da ona başqa yetirmələri kimi övladı qədər əziz idi. Yaqut da ona xəstəxanada yatdığı müddətdə həqiqətən övladlıq etdi, bütün yetirmələri kimi. Hamısının əvəzinə də Yaqutun fikirlərini bölüşdük. Yaqut həm də müəllim kimi onun yolunu Mədəniyyət və İncəsənət Universitetində davam etdirmək istəyir. Bu müəlliminin istəyi olub):
- Müəllimin yoxluğuna inana bilmirəm. Elə bilirəm həmişə qurduğu oyunlardan biridir, yenə bizimlə zarafat edir. Hərdən də mənə elə gəlir ki, barmaqlarında bir çırtıq salıb göylərə çəkilib ki, görüm mənsiz neynəyəcəksiniz, yolumu necə davam etdirəcəksiniz. O qapıları ki, qapadıb keçirdik, arxasına ki, müəllim açıb əlimizdən tutub keçirsin bizi, birdən-birə həmin qapıların hamısını çəkib qapatdı və dedi ki, indi açın və keçin görüm. Biz onun yetirmələriyik, onun kimi olmasa da, keçəcəyik bütün qapıları. Bizə deyirdi ki, mən Tofiq Kazımovun yetirməsi kimi ondan böyük olmağa cəhd etdim, məndən böyük olmasanız, kül başınıza. Doğma ata-ana ətimizdən, qanımızdan gedirsə, müəllim ruhumuzdan getdi. Yeri çox görünür, çox. Rəhmətə gedəndən 10 gün sonra bir yuxu gördüm. Gül bülbülü, bülbül gülü çağıran bir gülüstandır. Hər tərəf yamyaşıl, tala-tala bənövşələr açıb. Müəllim məni çağırır: “Yaqa, gəl, bunlardan dər”. Dərirəm, ətrafda uşaqlar var, hamı sevincəkdir nədənsə. Bir dəstə bənövşə dərirəm, başımı qaldırıram müəllim qeyb olub.
Ruhun şad, torpağın nurlu olsun, Vaqif müəllim! Hamımızın gedəcəyi yolu getdin, ona görə “görüşənədək” demək istərdim, amma o bənövşəli gülüstanı sizin kimi qazana biləcəmmi...
Ramilə Qurbanlı

1259 dəfə oxunub
Oxşar xəbərlər
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024